paltar

Uzun paltarları payızda necə doğru kombinə etməli?

Baxış sayı: 184

Son zamanlar hər yerdə gördüyümüz uzun paltarlar doğru şəkildə kombinə edildikdə sadəcə axşam yeməyi və ziyafətlərdə deyil, gün boyu da xoş bir görünüş yarada bilər.

“Gencaile.az” “Ailem.az”-a istinadən sizə uzun paltarları payızda necə doğru kombinə etməyin yolunu göstərir.

 

İdman ayaqqabısı ilə uzun paltar 

Çox xanım uzun paltarları idman ayaqqabısı ilə geyinməyi doğru saymır. Amma hündür daban ayaqqabı ilə rahat olmayan xanımların köməyinə idman ayaqqabıları çatır.

 

Cins pencəklə uzun paltar

Əgər dostlarınızla görüşürsünüzsə və ən sevdiyiniz uzun paltarı geyinməyi düşünürsünüzsə, yanınıza qısa cins pencəyinizi almağı unutmayın. Bu, tərzli görünmənizə yardım edəcək.

 

Kəmərlə uzun paltar

İncə bir beliniz varsa, uzun paltarınızı kəmərlə geyinmək bədən xətlərinizi daha da ortaya çıxararaq, sizə xoş bir görünüş verəcək.

 

Hündür daban ayaqqabı ilə uzun paltar

Bu görünüş paltarın altındakı hündür daban ayaqqabını gizləyəcəyindən dərhal sizi təbii bir şəkildə olduğunuzdan uzun göstərəcək.

 

Dəri pencəklə uzun paltar

Dəbli və cazibədar olmaq istəyirsiniz? Seçəcəyiniz rəngli uzun paltarınız və tünd makiyajınızla dəri pencək geyinmək sizə bu görünüşü bəxş edəcək.

 

Bəzəkli uzun paltar

Parlaq və iri bəzəklər sizi diqqətçəkən edər və tərifsiz bir tərzəsahibi olmanız barədə mesaj verər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir