uzunomurlu

Uzunömürlülərdən çox da uzun olmayan 10 TÖVSİYƏ

Baxış sayı: 159

“Yaşamaq əzab-əziyyətə çevrilib”, “Bu həyatda bəxtim heç gətirmir”, “Bezdim belə yaşamaqdan” və bu kimi ifadələri müasir həyatımızda, hətta cavan yaşda olanlardan da eşitmək mümkündür. Təbii ki, bu narazılıqlar insanın özündən asılı olan və olmayan səbəblərdən yaranır. Amma bu səbəblərə görə iradəsizlik göstərərək həyatdan küsmək, bədbinliyə qapılmaq heç də çıxış yolu deyil. Əgər uzunömürlülərin çox da uzun olmayan 10 məsləhətinə diqqət yetirsəniz siz də bu qənaətə gələcəksiniz.

Gencaile.az həyatımızın hər anı üçün gərəkli olan, uzun ömür yaşamış insanların 10 məsləhətini təqdim edir.

 

Təqvimə tez-tez baxıb hansısa bayram və əlamətdar günü axtarmayın. Hər yeni gün, hər açılan səhər özü bir bayramdır.

Təslim olmağa tələsməyin. Hər bir insanın həyatında çətin günlər olur. Yalnız iradəli və səbrli olmaq yetərlidir ki, həmin çətin günlər arxada qalsın.

Nikbin olmağa çalışın. Qara fikirlərdən uzaq olun, bu cür fikirlər insanın bədənini zəhərləməkdən başqa heç nəyə yaramır.

Bütün dəyişikliklərə hazır olun, istər yaxşı, istərsə də pis. Axı həyat yerində saymır.

Qarşınıza məqsəd qoyun və həmin məqsədin arxasınca inamla gedin. Gedəcəyiniz yolda nəyinsə alınmayacağından qorxmayın. Hər şeyin öz vaxtı var.

Həmişə hərəkətdə olun. Uzunömürlüyün sirri hərəkətdə olmaqdadır.

Yaşınız haqqında düşünməyin. Yaş xəstəlik deyil, ömrü uzadan yoldur.

Özünüzü heç kimlə müqayisə etməyin, çünki hər bir insan öz həyatını yaşamalıdır.

Ürəyinizcə olmayan, könlünüzü xoş etməyən insanlardan və məkanlardan uzaq olun.Sevdiklərinizə nə qədər yaxın olsanız həyatınız bir o qədər də xoş keçəcək.

“Kənardan baxan nə deyər” – bu fikri beyninizdən birdəfəlik silin. Kənardan baxanın yox, ürəyinizin dediyi ilə yaşayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir