uz yumaq

Üzünüzü tez-tez yumayın

Baxış sayı: 1. 880

Mütəxəssislərin sözlərinə görə, üzü tez-tez yumaq sızanaqların azalmasına heç bir kömək etmir.

“Gencaile.az” modern.az-a istinadən xəbər verir ki, üzü müntəzəm yumaq dərinin qurumasına gətirib çıxarır. Dəri isə bu quruluğu aradan qaldırmaq üçün daha çox yağ buraxaraq sızanaqların daha da artmasına səbəb olur. Buna görə də, dərisi sızanağa meylli olanların dərilərini gündə iki dəfə yumaları kifayətdir. Dəri üzərində olan bir bakteriyanın yağ kanallarına girməsi yeni sızanaqların meydana gəlməsinə gətirib çıxarır. Əlinizlə üzünüzü qurdalamaq, eyni zamanda başqa alətlərlə sızanaqları zədələməyə çalışmaq bu bakteriyaların yağ kanallarına daxil olmasını asanlaşdırır və beləcə siz yeni sızanaq ocaqları yaratmış olursunuz. Buna görə də, sızanaqlara qətiyyən toxunmaq olmaz. Təmiz olmayan əllə də üzə toxunmaq məsləhət deyil. Əks halda dərinizə yeni bakteriyaların daxil olmasına şərait yaratmış olacaqsınız.

Unutmayaq ki, sızanaqların artmasına həm də gündəlik stress də əhəmiyyətli dərəcədə təsir göstərir. Çünki stress zamanı hormonlar həssaslaşır və bu həssaslıq yağ kanallarında olan yağın artmasına səbəb olur. Nəticədə isə dəridə olan sızanaqların sayı artır.

Ona görə də, dəri artıq yağlardan nə qədər çox təmizlənərsə, sızanaqların yaranması da bir o qədər azalar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir