Üzünüzü yuyarkən bu nöqtələrə diqqət edin

Baxış sayı: 1. 476

Üz yumaq dəriyə qulluğun ən əsas amillərindən biridir.

İsti yay aylarında xüsusilə tez-tez yuduğumuz üzümüzün dərisini bununla quruduruqmu? Üzümüzü yuyan zaman nələrə diqqət etməliyik? Dermatologiya mütəxəssisi Ata Nejat Ertekin fikrincə, sadə görünən dəriyə qulluq prosedurları zamanı səhvlərə yol verməyimiz mümkündür.  Üz yumağın məqsədi dəridəki məsamələri tıxayan çirki təmizləməkdir. Bununla yanaşı bu zaman dəri ölü hüceyrələrdən də təmizlənir. Dəriniz təmiz olduğu zaman da istifadə etdiyiniz dəriyə qulluq vasitələri dərinizə yaxşı nüfuz edir. Bütün bunlar üçün üzü düzgün şəkildə yumaq önəmlidir.

İlk əvvəl üzünüzü ilıq su ilə yumalısınız. Çünki isti su üzünüzün qurumasına səbəb olduğu halda soyuq su çirklərdən təmizlənməyə əngəl törədir. Bu səbəbdən də ilıq su ən doğru seçimdir.

Üzünüzü yumadan əvəl əllərinizi dərinizə uyğun sabunla yaxşıca yuyun. Ardınca da üzünüzü ilıq su ilə isladıb təmizləyici sabunu (yenə dəri növünüzə uyğun) köpükləndirərək köpüyü bütün dərinizə yayın. Alın, yanaq və burun kənarlarını həssas bölgələr olduğu üçün yavaşca ovuşdurun, bu sayədə daha yaxşı təmizləmiş olarsınız. Üzünüzü son olaraq su ilə yaxşıca durulayın. Sonra dəsmalla yüngülcə üzünüzə vuraraq üzünüzü qurulayın.

Üzünü çox yumaq da düzgün deyil. Çünki dəri öz yağını ifraz etməyə macal tapmamış yenidən yusanız, bu dəfə də dərinizin qurumasına səbəb olarsınız. Həmçinin kondisioner də dəri quruluğuna səbəb ola bilər. Bunun qarşısını almaq üçün gün ərzində nəmləndirici çəkməyiniz faydalı olacaq.

Dəriyə qulluq körpəlik dövründən etibarən həyata keçirilməlidir. Dəri növünüzə uyğun olan təbii sabunla üzünüzü yumağa diqqət edin. Üzü yuduqdan sonra nəmləndirici olaraq heç bir vasitə yoxdursa, acı badam südü, badam yağından istifadə edə bilərsiniz. Badam südü ilə makiyajınızı da təmizləyə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir