ipoteka-ev

“Vətəndaş ipoteka üçün istədiyi seçimi edə bilmir”

Baxış sayı: 431

Son illər xüsusilə 2022-ci ildə satılan çıxarışlı daşınmaz əmlakların təqribi 60 faizdən çox hissəsi ipoteka və digər kreditli şərtlərlə satılıb. Bu da o deməkdir ki, daşınmaz əmlakın qiyməti günü-gündən artır. Vətəndaş yalnız ipoteka kreditiylə mənzil almağa məcbur olur ki, hissə-hissə, 25 ilə qədər bu məbləği ödəyə bilsin. Təbii ki, hal-hazırda əmlak bazarında ciddi qiymət artımları var.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, ipotekaya yararlı mənzillərin sayı az saydadır və ümumi göstəricilərə nəzər salsaq, təqribən 10 il bundan əvvəlki qiymətlərlə, indiki qiymətlər arasında çox böyük qiymət fərqi var. Yəni ayrılan məbləğlərin həcminin böyük olması, əmlak bazarında qiymət artımının nəticəsidir.

Elnur Fərzəliyev

“Bir otaqlı yeni tikili binadakı təmirli və çıxarışlı ipotekaya yararlı mənzillərin satış qiymətləri artıq paytaxtın müəyyən mərkəz və mərkəzə yaxın ərazilərində təqribi 100-180 min manat arası dəyişir. Əvvəlki illərdə təqribən bu rəqəm 80-100 min manat idi”,- deyə ekspert bildirib. Onun sözlərinə görə, 2-3-4 otaqlı mənzillərin qiymətlərində də, çox ciddi artımlar var. Bu səbəbdən də qiymətlər gündən-günə bahalaşdığı üçün vətəndaşlar kreditlərə müraciət edirlər.

Elnur Fərzəliyevin sözlərinə görə, ipoteka krediti ilə yanaşı, əlavə müxtəlif bank daxili və şirkət daxili kreditlər də mövcuddur. Bu kreditlərə təlabat həddindən artıq çoxdur. Ekspert qeyd edib ki, buna səbəb əmlakların qiymətlərinin baha olması ilə yanaşı, ipotekaya yararlı mənzillərin sayının az olmasıdır.

“Köhnə 3, 4, 5 mərtəbəli binalar artıq ipoteka predmetinə çevrilə bilmir. Çünki onlar istismar müddətini bitirib. İpotekaya yararlı mənzillər isə, köhnə 9 mərtəbələr, 70-ci illərdən sonra tikilmiş binalar və yeni tikili binalardır. Bunların sayı da o qədər də çox deyil. Vətəndaş istədiyi seçimi edə bilmir. Bu baxımdan da, baha da olsa məcburən bu əmlakları ipoteka krediti ilə alır”,- deyən ekspert hesab edir ki, gələcəkdə ipoteka pordfeli üçün nə ayrılan məbləğin həcmi artırılmalıdır. Banklar güzəştli kreditlər üçün 100 min manat, adi ipotekalar üçün 150 min manata qədər vəsait ayırır. Bu əvvəlki illərlə müqayisədə böyük məbləğ olsa da hazırda əmlak bazarında qiymət artımları ciddi sürətdə baş verdiyinə görə, artıq vətəndaşlar bu məbləğlərə ev ala bilmirlər.

“Baxmayaraq ilk ödənişi vətəndaş özü ödəyir, amma qiymətlər gündən-günə artdığı üçün o pul yetərli qədər deyil. Hətta çox vətəndaş var ki, banklara müraciət edir, banklar onlar üçün vəsait ayırır, amma istədiyi evi tapa bilmədikləri üçün ipoteka krediti ilə mənzil almaqdan vaz keçirlər”,- deyə Elnur Fərzəliyev qeyd edir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir