PUL

Vətəndaşları ən çox maaş alan 10 ölkə

Baxış sayı: 1. 983

İndi insanlar üçün iş, karyera, qazanc bir nömrəli məsələdir. Hər kəs karyerasında yüksəlməklə yanaşı, daha yaxşı qazanc arzusundadır. Bəzən insanların bir ölkədən digərinə köç etməsi, yüksək məvacib üçün yer-yurdunu, ölkəsini dəyişdirməsi də bu səbəbdəndir.

Ölkələr arasında işçilərinə ən yüksək maaşı kim ödəyir, bilirsizmi? Bəlli bir karyeranız və qabiliyyətinz varsa, daha çox maaş almaq üçün gedə biləcəyiniz 10 ölkəyə göz yetirməniz kifayətdir. Siyahı daha aşağı məvacib verən ölkədən daha yüksək məvacib verənə qədər artır.

 

10. FRANSA

Fransa dünyanın ən güclü iqtisadiyyatına sahib olan 7-ci ölkədir. Həftədə 35-36 saatlıq bir iş saatı olan bu ölkədə insanlar məvacibinin 49.4 faizini vergi olaraq ödəyir. Həftəlik 36 saatlıq bir iş və çıxarılan vergilər sonrası Fransada illik 28.799 dollar qazana bilərsiniz.

9. İSVEÇ

Vətəndaşları için hər cür sağlamlıq xismətləri və yüksək təhsil imkanları təqdim edən İsveç sosial rifaha önəm verən bir ölkədir. İllik maaşların yüzdə 42.4 faizi vergi olaraq kəsilsə belə, illik 29.185 dollar qazanmaq mümkündür.

8. KANADA

Kanadada həftədə 36 saat çalışaraq illik 29.365 dollar qazanmaq mümkündür. Maaşınızın 31 faizi vergi olaraq kəsildikdən sonra təbii ki.

7. AVSTRİYA

Avropanın ən sevimli ölkələrindən olan Avstriyada maaşların 49.4 faizi vergiyə gedir və sizə qalan pul isə 31.173 dollar olur. Sosial rifahlıq və tamamilə pulsuz olan səhiyyə xidmətlərini də yaddan çıxarmaq olmaz. Hətta Avstriyada müayinə pulu da alınmır.

6. ALMANYA

Dünyanın ən intizamlı ölkələrindən olan Almaniyada isə ildə 31.252 dollar qazanmaq mümkündür. Bu pulun 49.8 faizi vergi olaraq kəsilincə qalan bu pul da rahat bir həyat üçün kifayət qədər çox sayılır.

5. AVSTRALİYA

Avstraliya dünyanın ən güclü iqtisadiyyatı olan ölkələrindən biridir. Dünyanın ən çox ixracatla məşğul olub, eyni zamanda idxala da önəm verən ölkəsi. Vətəndaşları isə 27.7 faizlik vergini çıxmaq şərtilə ildə 31.588 dollar qazanırlar. Azadlıqlar baxımından digər ölkələrdən ciddi bir fərqi olan Avstraliyada yaşamaq bir çox insanın xəyalı olmalıdır.

4. İSVEÇRƏ

Sadəcə Alp Dağları və şokaladı ilə məşhur olmayan İsveçrə yüksək şəffaflıq, sivil azadlıqlar, yaşayış keyfiyyəti, iqtisadi rəqabət gücü və insan inkişafı da daxil olmaq üzrə digər beynəlxalq ölkələrlə müqayisədə öndə gələn bir yer sayılır. Xüsusilə dərmanlar, həssas ölçü cihazları və musiqi alətləri istehsal edir. Həftədə 35 saatlıq çalışma müddəti var və illik qazanc səviytyəsi də 33.491 dollardır.

3. NORVEÇ

Norveç neft, balıq, balıqçılıq, minerallar baxımından ən zəngin ölkələrdən biri sayılır. Isveçrədə olduğu kimi burada da insan haqları və azadlıqlara əhəmiyyət verilir. Həftədə 33.4 saat çalışaraq ümumi gəlirin 37.4 faizini vergi kimi ödədikdən sonra qazanılan illik məvacib 33.492 dollar olur.

2. LÜKSEMBURQ

Ən yaxın rəqibi Norveçlə aralarında 5.500 dollarlıq fərq olan Lüksemburqda insanların illik qazancı 38.951 dollar, vergisi isə 37 faizdir. Ölkənin böyük ixracat bazarı isə kimyəvi maddələr, kauçuk və industrial makinalardan ibarətdir.

1. AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI

Dünyanın “super usağı” sayılan Amerika bu siyahının da lideridir. Vətəndaşları tərəfindən xərclənə bilən gəliri ən yüksək səviyyədə olan ABŞ heç şübhəsiz ki, dünyanın ən güclü ölkəsidir.

Amerikalılar 31.6% vergi ödəyirlər. Səhiyyə xərclərinə görə son sırada dayanırlar, yəni, bu sahəyə ən az xərcləyən ölkədilər. Həftədə ən azı 33-36 saat çalışırlar və illik qazancları da 40.000 dollara yaxındır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir