qadin

Vagina təmizliyinə necə riayət edilir?

Baxış sayı: 1. 782

Seksdən sonra vaginal duş almağının iki səbəbi var: birincisi, spermləri yuyaraq uzaqlaşdırmaq və hamiləlikdən qorunmaq. İkincisi, qarşı tərəfdən gələn xəstəliyinin qarşısının almaq. Ancaq vaginal duş da uğurlu olmaya bilər. Çünki spermlər çox hərəkətli hüceyrələrdir. Vaginal duşla hamilə qalma ehtimalını 10-dan 9-a azalda bilərsiniz. Daha çoxu mümkün deyil.

Vaginanı su ilə yumaq infeksiya yaradan bakteriyalar, viruslar və göbələklərdən də qorumaz. Təmizlik üçün heç bir anlamı olmadığı kimi bəzən zərərli də ola bilər. Yəni vagina içinin yuyulmasını həkimlər tövsiyyə etmirlər.

 

Vagina sabunla yuyula bilərmi? 

Vagina sabunla yuyulmamalıdır. Vaginanı sabunla yumaq yanma hissi yaratmaqla bərabər bu hissədə yaxşı xassəli bakteriyaların məhv olmasına səbəb ola bilər. Bu da ciddi infeksiyalara səbəb ola bilər. Vagina üçün istehsal edilən təmizləmə vasitələri ancaq çöl bölgə üçün istehsal edilib.

 

Vaginanı təmizləmək lazımdırmı? 

Adətən bədənin hər bir bölgəsinin öz-özünü təmizləyə bilmə mexanizmi var. Vaginada da tez tez bakteriyaları öldürmək üçün bəzi xoş xassəli bakteriyalar yaranır. Buna görə də vagina heç nə edilməsə də təmiz qala biləcək hissədir. Təmizləmək üçün edilən hər hansı prosedur vaginanın əleyhinə ola bilər. Vaginanın içində infeksiya yoxdursa təmizlənməsi lazım olan orqan deyil.

 

Vagina təmizliyində kosmetik məhsul istifadə etmək doğrudur? 

Kosmetika məhsullarında kimyəvi maddələr olur. Hər hansı allergiya olarsa “vaginit” deyilən çox ciddi vagina infeksiyasi və ya iltihabı yarana bilər. Vaginanın təbii baryerı var və oradakı bakteriyalar pis xassəli bakteriyaları bədəndən uzaqlaşdırır. Vaginada kosmetik vasitə istifadə edilərsə və o təbii bakteriya ortamını məhv olarsa infeksiyalar yaranar. Buna görə də bu məhsulları birbaşa vaginanın içinə istifadə etmək olmaz.

 

Vaginanın təmizliyinə necə əmin olmaq olar? 

Bakirə olan qadın vaginal təmizliyi dərd etməsinə ehtiyac yoxdur. Ancaq cinsi həyatı olan qadınlar vaginal ifrazatın qoxusundan, miqdarından və rənginə baxaraq vaginal təmizliklərini test edə bilərlər. Bəzən seksdən sonra pis qoxulu ifrazat ola bilər. Bu infeksiya olduğuna işarədir. “Bakteriyalı vaginoz” deyilən xüsusi bakteriya ola bilər. Bunun müalicəsi çox asandır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir