Nermine Abbasova

Vaksinasiya bizi COVİD-19-dan nə qədər qoruyur? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 631

Hələlik pandemiyanın nə zaman bitəcəyini deyə bilmərik. Vəziyyət ağır olaraq qalır. Əlbəttə ki, artıq səhiyyə sisteminin məkrli düşmənlə qarşılaşmağa hazır olmadığı ilk dalğanın dəhşətlərindən danışmaq məcburiyyətində deyilik. O zaman çarpayı fondu tamamilə dolmuşdu, həkim çatışmazlığı var idi.

Bəs bu gün vəziyyət necədir və vətəndaşlar arasında aparılan vaksinasiya bizi COVİD-19-dan nə qədər qoruyur?

Məsələylə bağlı danışan Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirir ki, düzdür, epidemiyanın indiki dövrü virusun mutasiyası ilə əlaqədar vəziyyəti mürəkkəbləşdirir, dəyişən şəraitə sürətlə uyğunlaşan və daha aqressiv olan yenilənmiş ştammlar yaranır.

Həkim terapevt vurğulayıb ki, bu ştammlara qarşı immunitet sistemi daha çətin müqavimət göstərir. Onun sözlərinə görə, xəstəliyin sürətlə artması da buna bir sübutdur:

“COVID-19-un daha yeni dalğalarının gələ biləcəyi barədəki həyacan siqnalları da insanlarımızda narahatlıq doğurur. Müşahidələr göstərir ki, xəstəlik xeyli cavanlaşıb, xəstəliyi ağır keçirən və süni ventilyasiya (ASV) aparatından asılı olanların da sayı gah artır, gah azalır. Qlobal proqnozlara gəldikdə, mütəxəssislər qurtuluşun yalnız kollektiv immunitetin formalaşması ilə yarana biləcəyi qənaətindədir. Bunun isə yalnız aktiv vaksinasiya ilə mümkünlüyü bildirilir. Üstəlik, əgər əvvəllər yoluxucu xəstəliklər üzrə mütəxəssislər kollektiv immunizasiya üçün əhalinin 60 faizinin peyvənd edilməsini yetərli sayırdılarsa, indi, virusun mutasiyaya uğramasından sonra vaksinasiyadan keçənlərin sayı 80 faizdən çox olmasını vacib bilirlər. İnsanlarımız bu vacibliyi nəzərə alaraq vaksin olunurlar. Amma proses qaydasında aparılırmı? Bizim Klinikaya müraciət edənləri müayinə etdikdən sonra görürük ki, hardasa yanlışlıqlara yol verilir. Məncə peyvənd olunmaqla bağlı tələblər irəli sürülərkən tələskənlik etmədən vətəndaşları yoxlanışdan keçirmək lazımdır ki, orqanizmin bu vaksinə nə qədər hazır olduğu bilinsin və cavaba uyğun hərəkət edilsin”.

Nərminə xanım bildirdi ki, MayoMed Klinikasına müraciət edənlərin əksəriyyəti ağır allergik reaksiya ilə gəlirlər. Belə ki vaksin olunan vətəndaşların bədənlərində səpişiklər əmələ gəlir:

Müayinəsiz vaksin vurmaq ölümə də aparır. Həkim vətəndaşa vaksin vurmazdan öncə onun müayinəsinə özü maraqlı olmalıdır. Vətəndaş işində problem yaranmasın deyə illah da vaksin vurdurmalı deyil. Bu, ilk növbədə həkimlərin məsuliyyətindədir. Əks göstəriş sənədi verilməli olan xəstələr var. Onların yan xəstəliklərlə bağlı xəbərdarlıqlarını eşitməzdən gəlmək olmaz. Biz bir tərəfdən adamı koronavirusdan qorumaq istəyirik, digər tərəfdən vaksinin doğuracağı fəsadı gözardına alırıq. Bu, düzgün deyil. Mən özüm şəxsən neçə xəstədə allergiyanın ağırlaşmış formasıyla qarşılaşmışam. Tanıdığım insanlar var ki, vaksindən sonra allergiya əlaməti ilə müalicə üçün bizə müraciət ediblər. Bu vəziyyətə düşən adam ikinci vaksini vurdurarmı? Təbii ki, yox. Çünki əgər o allergiyadan sağ qalıbsa, növbəti riski etməkdən çəkinəcək”.

Həkim deyir ki, insanları vaksin edərkən orda terapevt, allergiya həkimi təyin olunmalıdır ki, öncə vətəndaşı müayinə etsinlər, əks göstərişli xəstəliklər varsa, heç olmasa müalicə elətdirib sonra vaksin vursunlar:

“Klinikimıza gələnlərdən biri allergig şokla 4 gün ağır vəziyətdə qaldı, şükür müalicə etmişik. Digər gələnlərdə də eyni vəziyyət. Hamısı da deyir ki, nə olur-olsun, ikinci vaksini vurdurmayacam. Hətta elələri var ki, ikinci vaksindən sonra allergiyası üzə çıxıb. Bu cür vaksinasiya nə dərəcədə düzgündür? Bu, xəstəliyin qarşısını almaq deməkdir, yoxsa daha da ağır xəstəliklərə məhkum eləməkdir? Təsəvvür edin, insanlar koronavirusdan ölmək qorxusndan vaksin vurdururlar, daha da ağırlaşmış fəsadlarla üzləşirlər. Allerqoloq terapevtləri cəlb etməlidirlər vaksinasiya prosesinə. Yerindəcə müayinə olunub müalicəyə yönləndirilməlidirlər”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir