valideyn

Valideynlər üçün 20 qızıl qayda

Baxış sayı: 292

1) Uşağınızla birlikdə parka gedin və yelləncəkdə yellənin.

2) Ataların da, anaların da səhv edə biləcəyini göstərin, yeri gələndə uşağınızdan üzr istəyin.

3) Uşağınız yanınızda olmadığı vaxtlarda onu nə qədər sevdiyinizi, onun üçün nə qədər darıxdığınızı göstərin.

4) Uşağınızı bir bağa və ya bostana aparın və meyvə-tərəvəz dərməsinə icazə verin. Həmçinin, meyvə-tərəvəzlərin harada və necə yetişdiyini göstərin.

5) Birlikdə qəzet, jurnal oxuyun. Əgər uşağınız oxuya bilirsə, o oxusun, siz qulaq asın.

6) “Mən sənə demişdim” demək əvəzinə “Bir dəfə məndə də belə olmuşdu” deyin.

7) Uşağınızın çəkdiyi rəsmləri divara yapışdırın və ya çərçivəyə qoyub otağınızdan asın.

valideyn

8) Uşağınızın ailədə baş verən hadisələrə yaxın olmasına çalışın. Beləliklə, uşağınız özünü həm ailənin bir hissəsi hesab edəcək, həm də gələcəkdə qarşılaşdığı hadisələri sizinlə bölüşməkdə çətinlik çəkməyəcək.

9) Uşağınıza hisslərini ifadə etməkdə kömək edin. Məsələn, uşağınızın birinə təşəkkür etməli olduğu bir yerdə siz irəli çıxıb “Biz ikimiz də sizə təşəkkür edirik” deyin.

10) Uşağınızla birlikdə mətbəxdə yemək hazırlayın, sonra da oturub birlikdə yeyin.

11)Uşağınızın otağını onun seçdiyi rənglərlə bəzəyin. Belə olduqda uşağınız bu otağı daha çox özününkü biləcək.

12) Uşağınız üçün gözəl ad günü keçirin, onun üçün tort, hədiyyə, hətta mahnı hazırlayın.

13) Uşağınızla birlikdə gül alın. Və bu gülləri birlikdə vazaya yerləşdirin. Qoy gülləri də uşağınız seçsin.

14) Uşağınızın yaxşı insan kimi yetişməsi üçün köməyinizi əsirgəməyin. Məsələn, “Çox sağ ol ki, süfrəni hazırlamaqda mənə kömək etdin!” kimi.

15) Uşağınız üçün uşaq jurnallarına abunə olun.

VALIDEYN

16) Uşağınızın həm şəkil çəkməsi, həm də oynaması üçün bir qutu hazırlayın və içərisinə rəngli qələm, rəngli kağız, yapışqan və kağız qayçısı qoyun.

17) Uşağınızın dostlarını evə dəvət edin və onlar üçün meyvə şirəsi və qurabiyə hazırlayın. Onların gözəl vaxt keçirmələri üçün əlinizdən gələni əsirgəməyin.

18) Uşağınıza boş yerə vəd verməyin, vəd verəndə də mütləq yerinə yetirin.

19) Bəzən yataq otağınızda uzanıb birlikdə televizora baxın.

20) Əlamətdar günlərinizi birlikdə qeyd edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir