aile

Valideynlərin bilməsi vacib olan 5 MƏQAM

Baxış sayı: 609

Uşaqların sağlam psixoloji inkişafı üçün valideynlərin bilməsi vacib olan bir çox məqam var.

Psixoloqlar bildirirlər ki, gələcəkdə öz fikri olan və sağlam düşüncəyə malik övlad tərbiyə edilməsində bunlara xüsusi diqqət yetirmək lazımdır.

Beləliklə, valideynlər üçün vacib olan məqamları təqdim edirik:

 

Valideyn reaksiyası

Körpənin beyninin inkişaf prosesində valideynlərin reaksiyası önəmlidir. Hər zaman müsbət reaksiya görən uşaqlar pozitiv ruhda böyüyürlər.

 

Ünsiyyətə cəhd 

Körpələr bir anlıq diqqəti cəmləyirlər və diqqəti cəlb etmək üçün də özlərinə məxsus səslər çıxarırlar. Valideynlərə bu səslərə cavab verərək, övladları ilə kiçik yaşda ünsiyyət qurmaları məsləhət görülür.

 

Diqqətli olmaq 

Körpələrin hər cəhdinə cavab verməklə, onları sıxıcı ortamdan azad edə bilərsiniz. Araşdırmalar göstərir ki, körpələrin istəklərinə 80% cavab verilərsə, onlarda dil inkişafı sürətlənir.

 

Öyrədici DVD, CD –lər olmaz 

Psixoloqlar qeyd edir ki, bir çox valideynlər uşaqlarına öyrədici DVD, CD-lər izləməsinə şərait yaradırlar. Bu uşaqlarda düşünmə prosesini ləngidir, ünsiyyətdə çətinlik yaradır.

 

Valideynlərdən başqa şəxslərə də ehtiyac var

Araşdırmalara görə, körpələr ətraflarında “səninlə maraqlanıram” mesajını verən ən az üç adam olmasını istəyirlər. Körpələrin sağlam psixologiyada böyümələri üçün valideyndən əlavə nənə, baba, dayə və.s şəxslərə ehtiyac var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir