usaq

Valideynlər niyə uşaqlarına məsuliyyətsiz yanaşırlar?

Baxış sayı: 795

Bakıda azyaşlı evin eyvanından yıxılaraq ölüb. Hadisə paytaxtın Yasamal rayonu, L.İmanov küçəsində baş verib. Həmin küçədə yerləşən mənzillərdən birində yaşayan, 2018-ci il təvəllüdlü M.Muradov eyvandan yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq orada ölüb.

Valideynlər niyə uşaqlarına məsuliyyətsiz yanaşırlar?

 

Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirir ki, hər zaman azyaşlı uşaqlara xüsusi diqqət ayrılmalıdır: “Valideynləri diqqətsiz, məsuliyyətsiz olduğunu düşünmək düzgün deyil.

Azyaşlı uşaqların başlarına bədbəxt hadisələrin gəlməsi yalnız valideynlərin günahı deyil. Valideynin acısı da yetərincədir. Ömür boyu bunun əzabını çəkəcək.  Məsələ ilə bağlı araşdırma aparılacaq. Amma valideyn səhlənkarlığından başqa elə bir məsuliyyət daşımayacaq. Onun cəzası ömrünün sonuna qədər aldığı zərbə olacaq.

Əlbəttə ki, qanunvericilikdə Ailə Məcəlləsində göstərilir ki, valideynlər uşaqların sağlamlığı, hüquqlarının müdafiəsi üçün onları qorumalıdırlar. Uşaqların müdafiəçisi həm də dövlətdir.  Belə hadisələr bilərək deyil, təsadüf nəticəsində baş verir.

Burada ancaq diqqətli olmaq lazımdır. Nəyin maarifləndirilməsi aparıla bilər ki?  Valideynin  nəzarəti gücləndirilməlidir. Təhlükəsizlik məsələsi azyaşlı uşaqları olan valideynlər üçün əsas olmalıdır. Bu sırf  təhlükəsizlik məsələsidir.  Bir tərəfdən valideynləri qınayırıq, amma onlara dəstək olmaq lazımdır. Belə hadisələrin baş verməyi təbii ki, ailə üçün böyük faciədir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir