Valideynlər mütləq oxusun!

Baxış sayı: 1. 637

Sünnət nədir? Sünnət üçün ən uyğun vaxt hansıdır? “Gencaile.az” Aile.lent.az-a istinadən valideynlərin sünnət haqqında bilməli olduğu bəzi məqamları təqdim edir.

Sünnət oğlan uşaqlarında cinsiyyət orqanının başını örtən dərinin müəyyən bir formada və ölçüdə kəsilməsidir.  Oğlan uşaqlarında ən çox edilən cərrahi müdaxilə sünnətdir. Bilinən müxtəlif faydaları ilə bərabər düzgün edilmədiyində ciddi fəsadlar ortaya çıxarır. Ölkəmizdə ənənə kimi qəbul edilən sünnəti zamanı oğlan uşağının keçirəcəyi fiziki və psixoloji travma nəzərə alınmır. İlk əvvəl sünnətin bir əməliyyat olduğunu unutmayın.

Sünnət həqiqətən vacibdirmi?

Prepisyum adlanan sünnət dərisi lazımsız bir parçadırsa, niyə belə doğulurlar? Dini olaraq vacib sayılan bu ənənənin – sünnətin tibdə xərçəng riskini və cinsi yolla yoluxan xəstəliklərin olma ehtimalını azaltdığı deyilir.

Uşağı cinsi kimliyinin fərqinə vardığı yaşda sünnət etmək düzgün deyil. Bu dövr 2 yaşından başlayıb 7 yaşına qədər davam edir. Cinsi orqanını hələ yeni-yeni dərk etdiyi bir zamanda uşağı sünnət etmək gələcəkdə proseksual və psixoloji problemlərə yol aça bilər. Ən yaxşısı yeni doğulduğu aylarda sünnət etməkdir. Yerli anesteziya ilə rahat şəkildə həyata keçirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir