Valideynlər oxusun! Uşağın məktəbə öyrəşməsi üçün 10 ADDIM

Baxış sayı: 1. 457

Uşağınızın məktəbə problemsiz şəkildə başlaması və məktəbini sevməsi tam olaraq sizin əlinizdədir.

Məktəbəqədər dövr uşağın böyümə prosesində ən mühüm dövrdür. Doğulduğumuz gündən 6 yaşına qədər davam edən bu dövr şəxsiyyətimizin formalaşmasının ilk təməllərini qoyur.

“Gencaile.az” Aile.lent.az-a istinadən  uşağınızın məktəbə öyrəşməsinə yardım edəcək 10 addımı təqdim edir.

– Uşağın məktəbi ilə tanış olduğu gün məktəbin açılış günü olmamalıdır. Həmin gündən əvvəl onu oxuyacağı məktəbə aparıb, sinfi ilə tanış edin.

– Uşağın məktəbin elə ilk günü dərsə getməsinə çalışın. Uşağın digər həmyaşıdları ilə eyni gündə məktəbə başlaması sosiallaşa bilməsi və məktəbə öyrəşməsi baxımından çox vacibdir.

–  Övladınızı digər uşaqlarla müqayisə etməyin. Hər uşaq müxtəlifdir. Məktəbə öyrəşməsi də fərqli ola bilər. Bu dövrdə uşağınızın şəxsiyyətinin müstəqil şəkildə formalaşmasına icazə verin.

– Öyrəşmə müddətində olduğunuzu xatırladın. Uşağınızla birgə siz və həyat yoldaşınız da məktəbə başlama müddətində olduğunuzu və bunun müvəqqəti xarakter daşıdığını xatırlayıb səbrli olun.

– Uşağı məktəbə qoyub evə qayıdarkən onunla vidalaşmağı dramatik bir hadisəyə çevirməyin.

– “Məktəbinə və müəllimənə güvənirəm” – Uşağınıza güvən məzmunlu cümlələri tez-tez təkrarlayın. Sizin etibar etdiyiniz insanlara uşağınız da çox asanlıqla bağlanacaq.

– Sakit və qayğısız olun. Qayğı uşaq və valideyn arasında yoluxucudur. Uşaqların məktəbə öyrəşməsini çətinliyə salanlardan biri də qayğılı valideynlərdir.

– Uşağınızı məktəb çıxışlarında çox gözlətməməyə çalışın.

– Məktəbdə gününün necə keçdiyini soruşun. Danışmaq istəmirsə, məcbur etməyin.

– Məktəbə başlaması ilə onda bir sıra dəyişikliklər görə bilərsiniz. Yuxu problemləri, altını islatmaq, qidalanma problemləri və s. Bunun üçün mütəxəssislə məsləhətləşin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir