pul

Varlanmağın SİRRİ və pul enerjisinin ÜÇ QANUNU

Baxış sayı: 1. 297

Çoxu yüngül enerjinin şüurlu müalicəsinə və təsir qüvəsinə qəti sürətdə inanmır. Bu, təəccüblü deyil. Axı heç kim bizə oxşar maddələrlə “ünsiyyət qurmağı” öyrətməyib.

Enerji gücünü araşdıran mütəxəssislər bolluq açarının enerji sahəsində gizləndiyini iddia edir. Oxucuları bu yazıda kainatın 3 pul qanunu ilə tanış etmişik.

Yüngül enerjidən danışarkən ətrafda bizi əhatə edən görünməz güc mərkəzləri nəzərdə tutulur. Hindular onu Prana, çinlilər Çi, Havay adalarının sakinləri Manna, alman tayfaları isə onu Od adlandırır. Bu, dünyanı formalaşdıran kainat qüvvəsidir. Ətrafımızda gördüyümüz hər şey – insanlar, heyvanlar, bitkilər, daşlar, çaylar, buludlar – bu enerjinin maddi təzahürüdür. Və pul istisna deyil, universal bir enerji növüdür: sikkələr, istiqrazlar, daşlar – onun görünən təcəssümüdür.

Əslində pulun enerjisi nə mənfidir, nə müsbətdir, o, neytraldır. Sadəcə enerjini şəxsi məqsədlərimiz üçün istifadə etdiyimiz zaman biz onu duyğu və fikirlərin köməyi ilə aktivləşdiririk. Dolayısı ilə pul enerjisi bu və ya digər keyfiyyətləri şəxsi fikirlərinizin hesabına qazanır.

Enerji yaxşılaşdıra və zənginləşdirə, eyni zamanda məhvedici ola bilər. Burada söhbət pulu əl çirki və pis, onu arzulamağı utancverici və günah hesab edənlərdən gedir. Yadda saxlayın ki, pul hər hansı bir əşya və ya dərman kimi əxlaq qanunlarına əməl etmədikdə zərərli ola bilər.

Madiyyatı hər şeydən üstün tutan, istənilən yolla onu əldə etməyə çalışan insanın ruhunu pul qaralda bilər. Pul həm də onu zənginləşdirə, yaxşılıq etməyə, öz qabiliyyətlərini reallaşdırmağa, öz ətrafında dünyanı gözəlləşdirməyə kömək edə bilər.

İntibah dövrün ideal həyat obrazlarından biri – yaxşı zövq duyumu olan, humanist biliklər mənimsəyən, rəssamların və alimlərin hamisi olan zəngin ağa və ya şəhər sakinləri idi. Başqa sözlə, ideal zənginlik – öz evini və ya dövlətini zərif şəkildə təchiz etmək, elmin, incəsənətin və sənətkarlığın tərəqqisini təbliğ etmək qabiliyyəti sayılırdı.

Bənzər bir yanaşma orta əsrlərdə bir çox ölkələrində müşahidə olunub. Knyaz Vasiliy Qolitsin (1682-1689) deyirdi: “Sərvət sandığı doldurmaq deyil, ziyalı insanın düzgün həyat tərzi göstərməsi üçün lazımdır. Kitabxanam öz görünüşü ilə savadsız nökərə alicənablıqdan daha çox danışacaq, nəinki taxıl ilə dolu anbar”.

Hətta varlanmaq sözü də var olmaq sözünün bir köküdür. Bu, onu ifadə edir ki, ürəyində Allahı tanıyan hər kəs zəngindir! Beləliklə, rifaha nail olmaq üçün iki məsələni anlamaq vacibdir. Pul insan üçün geniş imkanlar açan enerjidir. Pul sahibinə qazanmaq, idarə etmək, sevindirmək, hörmət, səlahiyyətlər və daha böyük imkanlar açır. Enerji nə qədər çox olarsa, imkanlar bir o qədər çox olacaq. Və bu, sadəcə pul enerjisinə deyil, həm də insanın şəxsi enerjisinə aiddir. Enerjinin çox hissəsi Allaha məxsusdur, dolayısı ilə onu qüdrətli edən də sonsuz imkanlarıdır.

Pulun enerjisi idarə oluna bilər. Bunu etmək üçün onunla rezonansa girməli və əvvəlcə tabe olduğu qanunları bilmək lazımdır.

 

Birinci qanun – Pulun enerjisi diqqətin itaətindədir

Pul enerjisinin ilk qanunu belə deyir: “Bərəkət enerjisi diqqətin itaətindədir”. Bu fikir həm Çin, həm də Havay adalarının enerji mütəxəssislərinə aiddir. Ümumiyyətlə enerji üçün diqqət çox vacibdir. Həyatımızın yoxsulluq və ya zənginlik enerjisi ilə təmin olunmasından konsentrasiya və diqqət məsuldur.

Diqqət düşüncələrin və istəklərin nəzarətidir. Diqqəti idarə etmək psixikanın bir növ tərbiyəsidir. Diqqətin tərbiyəsi çox vacibdir, demək olar ki, sərvət cəlb olunması məsələsində əsas elementdir.

Daha çox pul arzulamaq və fikirləri bu istiqamətdə cəmləşdirməkdən utanmayın. Ayıb və utanc hissi olmadan tərəqqinin, pulun və sərvətin enerjisini düşünün! İnsanlar hətta seks haqqında daha aydın, açıq və səmimi düşünür, nəinki pul. Pula qarşı məhz səhv münasibət özü ilə birlikdə həsəd, oğurluq, yoxsulluq, kasıbçılıq, digər problemlər və fərəhsiz həyat gətirir.

 

İkinci qanun – Bütün düşüncələrimiz geri qayıdır

Pul enerjisinin ikinci qanunu belədir: “Kainata yolladığım hər hansı düşüncələr geri qayıdır”. Praktikada bu, o deməkdir ki, mən diqqətin yönəldiyi obyekti aktivləşdirirəm və bu növ enerji maqnit kimi qarşılıqlı diqqət çəkir. Diqqət şüaları bir nöqtəyə yönələn lupa kimi fəaliyyət göstərir. Yəni diqqət pulu özünə maqnit kimi çəkməyi bacarmalıdır. Odur ki, diqqət üzərində işləməyə dəyər.

 

Üçüncü qanun – Sevinc qazanmaq üçün sevinc ötür

Pul enerjisinin üçüncü qanunu belə deyir: “Borclu mövqeyində dayanmaq olmaz”. Əgər kimdənsə, borc pul götürmüsünüzsə, onu sevinc hissiylə qaytarın. Borcunu ödəyən tərəf şübhəsiz ki, daha da zənginləşəcək və sevinc enerjisi pulun enerjisini özünə cəlb edəcək. Odur ki, sevinc əldə etmək üçün borcunuzu sevinclə qaytarın. Bu, pul enerjisi ilə işləmək prinsipidir.

Pul axınının həyatımıza daxil ola bilməsinin səbəbi hər kəs üçün individualdır. Bu nəsildən-nəslə ötürülən bir proqram ola və ya bu həyatda əldə edilmiş mənfi şəxsi təcrübə əsasında yarana bilər.

Uşaqlığınızda pulla bağlı valideynlərimizdən tez-tez “Pul çətinliklə qazanılır”, “Pul qazanmaq üçün çox çalışmaq və tər tökmək lazımdır” və ya “Pullar ağaclarda yetişmir” kimi misallar eşitmişik.

Bütün bu inanclar bacı-qardaşların, tanışların, ümumilikdə cəmiyyətin təsiri – kollektiv proqramları nəticəsində yaranıb. Bu inancların bütünü şüuraltına köklənərək həyatımıza təsir edir. Xəyal qura, arzu edə və istənilən bir şeyi nümayiş etdirə bilərsiniz, lakin neqativ inanclar bolluğun və maddi rifahın təzahür etməsini önləyəcək. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir