pul

Varlanmaq insanı necə dəyişdirir? – FAKTLAR, İDDİALAR…

Baxış sayı: 1. 272

Dünya varlıları ilə bağlı hər gün dünya mediasında müxtəlif xəbərlər yer alır. Onların nə qədər xəsis olduqları və ya pullarını necə dəyərləndirməsi medianın hər zaman müzakirə mövzusuna çevrilir. Amma varlılarla bağlı BBC-nin apardığı son araşdırma xüsusən diqqət çəkir. “Gencaile.az” BBC türkcəyə istinadən bu araşdırmanın detallarını diqqətə çatdırır.

 

Varlılar daha xəsis və az etibarlıdır?

Varlıların daha xəsis və az etibarlı olduğunu göstərən araşdırmalar nə qədər düzgündür?

Mütləq hər kəsin başına gəlib. Dostlarınızla bir yerə yeməyə, ya da içməyə gedirsiniz, növbə hesab ödəməyə çatanda qrupda maddi durumu ən yaxşı olan şəxs əlini cibinə hamıdan gec atır. Hər zaman belə xəsis olduqları üçün varlı oldular, yoxsa varlılıq onları xəsisləşdirir?

Bu, bir çox mənada müzakirə olunacaq bir mövzudur. Amma 1993-cü ildə aparılan bir araşdırmada iqtisadiyyat bölməsində təhsil alan tələbələrin digər bölümdəkilərlə müqayisədə yardım təşkilatlarında daha az kömək etdiyi, birgə mübarizə tələb edən oyunlara çox da qatılmadıqları ortaya çıxıb. Tələbələr təhsil həyatının əvvəlində və sonunda dəyərləndirildiyi zaman məlum olub ki, digər fakültədə oxuyanlar məzuniyyətə doğru daha səxavətli olduğu halda, iqtisadiyyat fakültəsində oxuyanlar isə təhsil ilinin əvvəlində də, axırında da xəsislik ediblər. Amma təbii ki, istisnalar da var. Yardımsevər iqtisadiyyat tələbələri də az deyil.

Zenginlik ile ilgili görsel sonucu

Gəlir səviyyəsi yüksək olanların fövqəladə fədakar davranışlar sərgilədiyini təsdiqləyən araşdırmalardan biri də Amerikada aparılıb. Fərqli şəhərlərdə tanımadıqları insanlara öz böyrəklərini bağışlayan insanlara da nəzər yetirilib. İqtisadi səviyyəsi, qazancı yüksək olan bölgələrdə insanların daha çox öz orqanını bağışladığı ortaya çıxıb.

 

Səhv qəbul etməmək

Amma Kaliforniya Universitetində aparılan başqa bir araşdırmada isə “Titanik”də olsaydım, xilasetmə qayıqlarına minməyi haqq edən ilk insanlardan biri mən olmalıydım” ifadəsinə varlıların daha çox önəm verdiyi sübut edilib. Bundan başqa, varlılarda xətasını qəbul etməmək və hər mövzuda uğurlu olduğunu düşünmə xasiyyəti daha güclüdür.

Başqa bir araşdırmada isə fərqli gəlir səviyyəsindən ibarət qrupdakılara 10 dollar verilib və bunun nə qədərinin yardım təşkilatlarına bağışlayacaqlarına baxılıb. Gəlir səviyyəsi daha aşağı olanların daha çox yardım etdiyi üzə çıxıb.

Amma bu insanlar bu sınağa qatılmadan öncə varlı olmuşdular. Bəlkə də onları belə davranmağa vadar edən varlılıqları deyildi. Sadəcə, bu hərəkətləri sayəsində varlı olmuşdular.

Zenginlik ile ilgili görsel sonucu

“Hər şey mənim ətrafımda fırlanır” fikrini müdafiə etmək

Bəli, varlıların əsas cəhətlərindən biri də özlərini dünyanın mərkəzində görmələridir. San-Fransiskoda keçirilən bir təcrübədə məlum olub ki, piyada keçidində bahalı maşın sahibləri ilə ucuz maşın sahiblərinin davranışları arasında böyük fərq var. Belə ki, ucuz maşınların hamısı dayanır, bahalı maşınların isə sadəcə yarısı dayanır.

Hollandiyada 9 min nəfərlə və ildə dörd dəfə aparılan bir araşdırmada isə sosial-iqtisadi statusu yüksək olan insanların daha müstəqil hərəkət etdiyi və başqaları ilə daha az ünsiyyətə keçdiyi təsbit edilib. Bundan başqa, varlılar bəzi oyunlarda rəqiblərilə müqayisədə daha çox xəyanət addımları atırlar.

 

Yardım qurumlarına bəxşiş

Bəs yardım qurumlarına edilən bəxşişlər məsələsində durum nə idi? Klassik araşdırmalar ən yoxsullarla ən varlıların orta təbəqə ilə müqayisədə daha çox yardım etdiyini göstərir. Amerikada yardım qurumlarına edilən orta yardımın məbləği gəlirin yüzdə 2,3-nü təşkil edir. Gəliri 300 min dollardan artıq olan yüzdə ikilik kəsimdə isə bu faiz 4,4-ə bərabərdir.

Zenginlik ile ilgili görsel sonucu

Bostonda aparılan bir araşdırma varlıların orta statistik insanlardan nə çox, nə də az daha səxavətli və yardımsevər olduğunu göstərir. Sadəcə, üst səviyyədəki varlılar böyük ehtimallar gücləri çatdığı üçün daha çox yardım edirlər.

İnsan xəsislik hiss edəndə fizioloji olaraq orqanizmdə dəyişikliklər baş verir. Ürək döyüntüsü tezləşir, təngnəfəslik yaranır, təzyiq qalxır, əzələlər gərginləşir. Xəsis insanlar çox vaxt özündən asılı olmadan yanlış qərarlar verir və çox vaxt da sonra buna görə peşman olurlar. Ümumiyyətlə, xəsis adamlar heç vaxt özlərini xoşbəxt hiss edə bilmirlər. Ona görə ki, onlar yaxınlarına qayğı, sevgi belə verməyə xəsislik edirlər. Əlbəttə, özləri bunu nadir halda başa düşürlər. İstənilən mehriban münasibətin sirri isə daha çox vermək və sevməkdir. Xəsis insanlar isə ilk növbədə özlərini düşünür.

 

Hamı hesab edir ki, onun havayı pul qazanmaq imkanı var

Hər il professor Maks Bazerman Harvard Business School məktəbində MBA tələbələrinə 20 dollarlıq banknotları satır. Onun rekordu 20 dolları 204 dollara satması olub. O isə bunu belə edirmiş: o banknotu bütün sinfə göstərir və deyirdi ki, bu banknotu ona daha çox pul təklif edənə verəcək. Bir növ hərrac kimi. Düzdür, burada kiçik şərtlər var idi. İlk olaraq qalib olan şəxs professora 20 dollar qarşılığında verməyə hazır olduğu məbləği ödəyirdi.

Aydın olması üçün deyək  – tutaq ki, təklif edilən ən yüksək məbləğ 15 və 16 dollar idi. Bu zaman qalib 20 dollarlıq banknotu əldə etmək üçün 16 dollar ödəyir. İkinci şəxs isə professora 15 dollar verir. Şərtlər belədir.

İlgili resim

Hərrac 1 dollardan başlayır və sürətlə 12-16 dollara çatır. Bu zaman tələbələrin əksəriyyəti hərracdan çıxarılır və yalnızca ən yüksək məbləği təklif edən 2 tələbə qalır. Hərrac ləng, lakin əminliklə 20 dollara gəlib çatır. Aydındır ki, artıq qalib gəlmək mümkün deyil, lakin tələbələr uduzmaq da istəmir.

Lakin hərrac davam edir və sürətlə 50 dollara, daha sonradan 100 və Bazermanın rekordu olan 204 dollara gəlib çatır. Yeri gəlmişkən, professor treninqlər zamanı bu “oyunu” şirkətlərin top-menecerləri və CEO-ları ilə də oynayır və həmişə 20 dolları dəyərindən artıq məbləğə satır.

Nəyə görə insanlar 20 dollara dəyərindən artıq pul ödəyirlər və bununla professor nəyi sübut etmək istəyir? İnsanın, xüsusən də biznesdə zəif bir cəhəti var – – loss aversion və yaxud itirmək qorxusu. Çoxsaylı eksperimentlər göstərib ki, insan pul itirməyə başladıqda özünü səmərəsiz və qeyri-adekvat aparır.

İlk olaraq bütün tələbələr belə hesab edirlər ki, onların havayı pul qazanmaq imkanları var. Axı onlar “axmaq” deyillər və 20 dollara 20 dollardan artıq verməyəcəklər. Lakin artıq təklif edilən məbləğlər 12-16 dollara çatdıqda, ikinci şəxs ciddi itki verəcəyini düşünür və hərrac 21 dollara çatmamış daha çox təklif etməyə başlayır. Bu mərhələdə hər iki iştirakçı pul itirir. Lakin biri 1, biri isə 20 dollar itirir. İtkini azaltmaq üçün hər biri qalib olmağa çalışır. Lakin bu hərrac sonda ona gətirib çıxarır ki, hər iki iştirakçı çoxlu pul itirir.

Beləliklə, havayı 20 dollar əldə etmək arzusu itkilərə gətirib çıxarır. Bu hala adətən fond bazarı və kazinolarda rast gəlmək mümkündür. Oyunçu pul itirməyə başlayır. O zərəri düzəltmək əvəzinə, belə ümid edir ki, uduzduğunu geri qaytara biləcək və bununla da praktiki olaraq daha çox pul itirməyə başlayır.

 

Xəsislik insulta yol açır

Xəsis insanlar çox zaman ürək-damar xəstəliklərindən əziyyət çəkirlər. Hər bir əşyanın alınması güclü hisslərlə müşayiət olunarkən, insan daimi stress vəziyyətində yaşayır. Nəticədə, xəsis insanın orqanizmində həyəcan hormonu yüksək səviyyədə saxlanılır ki, bu da damarların xroniki spazmasına gətirib çıxarır.  İlk olaraq, daha həssas beyin damarları zədələnir ki, bu da, tez-tez baş verən miqrenlər və hətta insult ilə fəsadlaşa bilən bir haldır.

Zenginlik ile ilgili görsel sonucu

“Forbes” jurnalının sorğusuna görə, dünyada ən varlı insanların siyahısında olan amerikalı Uorren Baffet (varidatı 44 milyard hesablanır) Uoll-strit küçəsində əhatəsinin bəyənmədiyi, hətta bəzilərinin ayıb saydığı köhnə “Lincoln Towncar” maşınında gəzir. Bu maşında nömrə əvəzinə “THRIFTY” yəni “qənaətcil” yazılıb. Özü isə hələ də 40 əvvəl 30 min dollara aldığı mənzildə yaşayır və deyilənə görə, onu dəyişdirmək fikrində deyil. Məişətində də çox israfçı deyil. Təmtərağın yalnız bir növündən istifadə edir: arabir çox tələsəndə şəxsi təyyarədə uçur. Bununla belə gündəlik həyatda tələsik yemək hazırlayan qəlyanaltı yerlərində yeməyi sevir. Oranın yeməklərini o qədər bəyənir ki, özünü evdəki kimi hiss etmək üçün şəbəkə dükanlarından birini alıb da. Ona görə də deyə bilər ki, “öz evimdə yemək yeyirəm”.

Sonda… Gördüyünüz kimi, dünya alimləri xəsislik və varlılıqla bağlı bir-birindən fərqli araşdırmalar hazırlayıblar. İndi qərar sizindir: kim istəyirsə varlı və xəsis olmağı seçə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir