ariqlamaq

Vegetarian hiyləgərliyi: daha sürətli arıqlamaq üçün pəhrizdən nəyi çıxarmaq lazımdır?

Baxış sayı: 1. 062

Tərəvəz, üstəgəl protein məhsulları artıq çəkidən qurtulmaq istəyənlər üçün universal seçimdir. Ancaq bəzən kifayət qədər məhdud pəhriz olsa da, arıqlamaq mümkün olmur, əksinə çəki daha da artır. Bəzi tərəvəzlər bu paradoksun səbəbi ola bilər: bəzilərində çox miqdarda nişasta, yəni gizli karbohidratlar var. Nişastalı tərəvəzlər insulinin yüksəlməsinə və aclığın artmasına səbəb olur. Nəticədə şəkərin düşməsini kompensasiya etmək üçün daha çox yemək yeyirsiniz və beləliklə arıqlamaq prosesi yavaşlayır.

“Gencaile.az” saytı xarici mətbuata istinadən xəbər verir ki, Harvard Sağlamlıq Məktəbi bununla bağlı araşdırma aparıb. 13 000 nəfərin iştirak etdiyi araşdırma çərçivəsində alimlər müəyyən edib ki, bəzi tərəvəz növləri piylənməyə səbəb ola bilər. Daha çox nişastalı tərəvəz yeyən insanların “yaşıl” tərəvəz yeyənlərlə müqayisədə kökəldiyi üzə çıxıb.

 

Odur ki, rasiondan xaric etməli olduğunuz məhsulları qeyd edirik:

Kartof

Qarğıdalı

Paxla

Noxud

Bütün bu məhsullar çox miqdarda vitamin və mineral ehtiva edir, bu səbəbdən uzun müddət ərzində onlardan imtina etmək məsləhət görülmür. Ancaq pəhriz müddətində istifadəni məhdudlaşdırmaq daha yaxşıdır. Bu tərəvəzləri tərkibi su ilə zəngin olan brokoli, bibər və yerkökü ilə əvəz etməyə çalışın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir