vergi

Vergidən yayınan dünyaca məşhurlar

Baxış sayı: 1. 623

Məşhurların vergidən yayınması hər zaman müzakirə olunan mövzulardan sayılır. Bu siyahıda daha çox zəngin iş adamlarının və şou-biznes dünyası məşhurlarının adları çəkilir. Cəmiyyətin yüzdə biri olan super varlılar, məşhur insanlar və böyük şirkətlərin vergi qaçaqçılığı ilə bağlı çirkli işləri zaman-zaman ortaya çıxır.

“Gencaile.az” “Yeni Müsavat”-a istinadən vergi qaçaqçılığı və bu siyahıda kimlərin olması ilə bağlı dosye təqdim edir. “Paradise Papers” adını daşıyan və 13.4 milyon sənəd bu mövzuda bütün dünyaya mühüm faktlar təqdim edir. 19 “vergi cənnəti”ni ortaya qoyan “Paradise Papers” bir Almaniya qəzeti tərəfindən ələ keçirilib və başqa yayım orqanlarında da yayımlanıb. Xatırladaq ki, daha öncə də “Panama Papers” adı altında çox önəmli məlumatlar ortaya çıxmışdı. Çox varlıların öz ölkələrində vergi ödəməmək üçün nələr etdikləri indi daha yaxşı şəkildə ortaya çıxıb. Sənədlər gizli olan, bizim görə bilmədiyimiz bir dünyaya pəncərə açır. “Paradise Papers”də İngiltərə kraliçası, Oksford, Kembric universitetləri, Amerikada nazir olan Vilbur Ross, Kanada baş naziri Castin Trudeau, İngiltərədən Lord Ashcroft, məşhur simalar, eləcə də Nike, Apple kimi şirkətlər yer alır. Siyahı uzundur. “Panama sənədləri”ndən fərqli olaraq, “Paradise Papers” ortaya hər hansı cinayət çıxarmır. Qanuni yollardan, ofşor şirkətlər vasitəsilə necə vergi ödənmədiyini göstərir. Mühasiblər super zənginlərin əvəzinə bu yolları tapırlar. Beləcə, sıradan vətəndaşlar vergilərini ödəyərkən varlılar böyük miqdarda vergi qaçırırlar.

Sistem buna imkanlar yaradır. İnkişaf etmiş ölkələrdə gedərək artan qeyri-bərabərlik ciddi bir problem olduğu halda “üstdəkilərin” vergi qaçırması durumu daha da ciddi hala gətirir. Bəs bu durum belə davam edə bilərmi? Varlılar vergi qaçırarkən dövlət səhiyyə, təhsil və digər sahələrdə vəzifəsini lazım olduğu kimi yerinə yetirə bilirmi?

İqtisadçılar deyirlər ki, müasir texnoloji imkanları nəzərə alaraq vergi qaçırmağın qarşısını tamamən almaq mümkün deyil. Hər zaman kimlərsə bir yolunu tapıb, bir miqdar vergi qaçıracaqlar. Buna baxmayaraq, “Paradise Papers”in ortaya qoyduğu faktlar çox böyük miqdarda vergi qaçırıldığını göstərir. Hökumətlər bu duruma necə göz yumur? Dövlətlə lazımi çıxış yolları taparaq, qaçırılan miqdarı azalda bilir. Daha təsirli bir şəkildə vergi toplaya bilir. “Vergi cənnətləri” (Bermuda Adaları, Isle of Man, Jersey, Hollandiya, Lüksemburg, İrlanda və s.) mövzusunda çıxış yolları tapıla bilər.

İqtisadçı Qabriyel Zucmana görə, milli şirkətlər keçən il 600 milyard avronu ofşor “vergi cənnəti”nə yönləndiriblər.

Angus Deaton ile ilgili görsel sonucu

Aralarında Nobel İqtisad Mükafatı sahibi olan  Angus Deatonun da olduğu 300-ə yaxın iqtisadçı dünya liderlərinə göndərdikləri bir məktubda “vergi cənnətləri”nin varlığının qlobal varlılıq və rifaha hər hansı fayda vermədiyini, faydalı bir iqtisadi məqsəd olmadığını demişdi. “Vergi cənnətləri” şəffaf deyillər. Siyasətçilərin bu mövzuda ciddi müzakirə aparması lazımdır. Amerikada, İngiltərədə, digər ölkələrdə böyük şirkətlərin, super varlıların paylarına düşən vergiləri ödəmələrinin təmin olunması, vergi qaçırmaq yollarının bağlanması üçün işlər görülməlidir. Xalqın bu mövzuda siyasətçilərə təzyiq göstərməsi də son dərəcə vacibdir.

Məsələn, İngiltərədə İşçi Partiyası ofşor vergi rejimləri mövzusunda araşdırma aparılmasını tələb edib. Təkcə İngiltərədə yox, bütün ölkələrdə belə araşdırmalar aparılmalı və nəticələri də cəmiyyətlə paylaşılmalıdır.

Amma bu günə qədər dünyada vergi qaçıran bir çox məşhurların adları açıqlanıb. Onlar daha çox “ağıllı” menecerlərinin əli ilə vergi qaçırsalar da, uzun müddət məhkəmələrdə sürünüblər.

 

Hollivud aktyorları vergidən belə yayınır

Hollivud aktyorları ile ilgili görsel sonucu

Başlayaq Hollivud aktyoru Nikolas Keycdən. O, uzun müddət vergidən yayınmağa cəhd edib. Hazırda onun vergi borcunun 14 milyon dollara çatdığı iddia edilir. Lakin Snaypsdan fərqli olaraq, Keyc həbsxanaya düşməmək üçün problemin hüquqi həlli ilə ciddi şəkildə məşğuldur.

 

Mark Entoni – məşhur aktrisa və müğənni Jenifer Lopesin keçmiş əri Mark hələ 2007-ci ildə 2,5 milyon dollar vergi borcuna görə cəzalandırılmışdı. Buna baxmayaraq, hazırda onun 3,4 milyon dollar vergi borcunun olduğu iddia edilir.

 

Uesli Snayps – “Bleyt” filmində baş rolu oynamış bu məşhur aktyor vergi orqanlarına 15 milyon dollar vergi borcuna görə həbsxanaya düşüb. Onun bu hekayəsi “Ulduzlar və vergi” serialının ən qalmaqallı seriyası hesab edilir.

 

Mayk Tayson – məşhur boksçu 2005-ci ildə, müflis olduğunu bəyan etmiş və dövlətə 25 milyon dollar borcu qalmışdı. Mayk Tayson uzun müddət vergi orqanları ilə hesablaşmasa da, sonda bütün borclarını tam şəkildə ödəməyə məcbur olub.

 

Kris Taker  – bu məşhur Hollivud aktyorunun indiyə qədər yığılmış vergi borcu 11 milyon dollardan artıqdır.

 

Lindsi Lohan – tanınmış aktrisa hələ 2009-cu ildə 93,7 min dollar vergi borcuna görə qalmaqal qaldırmışdı. O vaxt iddia edirdi ki, bu borc ona səhv hesablanıb. Keçən il isə Lohan qanunla hesablaşmalı olub və bütün vergi borclarını ödəyib.

 

Dieqo Maradonna – məşhur futbolçunun da uzun illər boyunca vergi orqanları ilə problemi olub. 2012-ci ildə  onun vergi orqanlarına 40 milyon dollar vergi borcu qalmışdı.

 

Luçano Pavarotti – bu qeyri-adi səs sahibi opera səhnəsində olarkən illik gəliri 60 milyon dollardan az olmayıb. Lakin Pavarotti 6 il dalbadal öz gəlirləri haqqında bəyannaməni düzgün doldurmayıb, vergi borcları 19 milyon dollara çatıb. İtaliya qanunlarına görə, onu həbs cəzası  gözləyirdi,  lakin borcunun 15 milyon dollarını ödədikdən sonra dünya səviyyəli müğənni həbs cəzasından qurtula bilib.

 

Sofi Loren  – bu aktrisa isə hər nə qədər zərif rollar canlandırsa da, tam bir vergi qaçaqçısıdır. O, vergidən yayındığına görə 17 gün həbsxanada yatmalı olub. Onu yüksək mədəni davranışına görə həbsxanadan azad etsələr də, məhkəmə çəkişmələri illərlə davam edib.

 

Futbolçular həm topun dalınca, həm də vergidən qaçır…

Cristiano Ronaldo ile ilgili görsel sonucu

“Real Madrid”in ulduz futbolçusu Kristiano Ronaldo da vergi qaçaqçılığına görə zamanında halim qarşısına çıxıb. İspaniya məhkəməsi onun 14.7 milyon avroluq vergi qaçırdığını iddia edir.

Ondan öncə Barselonada forma geyinən Lionel Messi, 4,1 milyon avro vergi qaçırdığı iddiası ilə Ali Məhkəmə tərəfindən 21 aylıq həbs cəzası almışdı. Keçmişdə eyni səbəbə görə Barcelonanın argentinalı futbolçusu Cavier Maşeranoya da bir illik həbs və 815 min avro pul cəzası verilmişdi.

Silvio Berlusconi ile ilgili görsel sonucu

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni özünün media imperiyası olan “Mediaset” üçün televiziya hüququ əldə edərkən vergidən yayınıb. Daha sonra bu ittihamlar onun üzərindən götürülsə də, yaratdığı “Mediaset” media holdinqinin rəhbəri və oğlunun üzərində qaldı.

Biznesmen və lobbiçi Jek Abramoviç də bu siyahıda xüsusi yer tutur. İçində vergidən yayınma da olmaqla, əlavə 4 ittihama əsasən, o, 5 il 10 ay müddətinə həbs cəzasına və 21 milyon cərimə ödəməyə məhkum edilib. Cəza çəkdiyi zaman təkrar ittihamla üzləşib və əlavə 4 il cəza alıb.

Türkiyədə də vergi qaçaqçılığı ilə iri şirkətlərlə yanaşı, tanınmış ulduzlar da məşğul olur. Zaman-zaman cəmiyyət onların səs-küylü məhkəmələrinin şahidi olub. Müğənni Sibel Can, aktrisa Fatma Girik, müğənnilər Mustafa Sandal və Mahsun Qırmızıgüllə yanaşı, məşhur rejissorlar Osman Sınav və İrfan Tözüm də “vergi qaçaqçılığı etmək” ittihamı ilə hakim qarşısına çıxıb.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir