beyin

Virus beyin hüceyrələrini zədələyir?

Baxış sayı: 856

Alimlər koronavirusun beyin hüceyrələrinə təsirini araşdırıblar. Avropa alimləri koronavirusun neyronların ölümünə və neyrodegenerativ xəstəliklərə səbəb ola biləcəyini qeyd ediblər. Almaniya və Fransadan olan alimlər koronavirusun insan beyin hüceyrələrinə təsirinin getdikcə artdığını açıqlayıblar. Buna görə də, COVID-19 yoluxmasının hansı fəsadlara səbəb ola biləcəyini bir daha araşdırmağa qərar veriblər. Bioloqlar 3D texnologiyasına əsasən yaradılan beyin orqanoidindən istifadə edərək koronavirusun kortikal sütundakı neyronlara təsir etdiyinə dair nəticəyə gəliblər.
“COVID-19-nu öyrənmək üçün insan beyninin 3D orqanoidlərini eksperimental bir sistem olaraq istifadə etdik və SARS-CoV-2-nin insan neyronlarına neyrodegenerasiyaya bənzər gözlənilməz təsirini tapdıq”, deyə alimlər bəyan edib. Eləcə də qeyd edilir ki, bu zaman tau zülalının hiperfosforilləşməsi baş verirr və bu, sonradan neyronların ölümünə səbəb olur.
Almaniya və Fransadan olan bioloqlar da aşkar ediblər ki, koronavirus insan beyin hüceyrələrinə nüfuz etsə də, mərkəzi sinir sistemində çoxalma qabiliyyətinə malik deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir