WhatsApp

“WhatsApp”la maskalanmış virus istifadəçilərin pullarını oğurlayır

Baxış sayı: 1. 972

“Eset” antivirus şirkəti istifadəçilərə şəbəkədə mövcud olan troyan təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Rusiya mətbuatının məlumatına görə, şirkət bildirib ki, “TrojanSMS.Agent.ZS” adlanan virus “WhatsApp” formasında maskalanır və istifadəçilərin hesabındakı pulları oğurlayır. Məlumatda deyilir ki, insanlar ziyanverici proqramı mobil əlavələrin saytlarından yükləyirlər. Troyan “WhatsApp” messenceri ilə maskalanır və istifadəçilər tam olaraq məhz bu əlavəni yüklədiklərinə əmin olurlar.

Yükləmə zamanı “TrojanSMS.Agent.ZS” virusu yüklənməsi üçün administratorun hüquqi icazəsini istəyir. Məhz bundan sonra virus planşetlərə, smartfonlara və “Android” sistemli qurğulara ziyan vurmağa başlayır. Belə ki, troyan ödənişli nömrələrə SMS məlumatlar göndərərək, avadanlıq barədə məlumatları lazımi yerlərə göndərir, müxtəlif zənglər edərək, istifadəçinin hesabından pulları oğurlamağa başlayır.

“Eset” mütəxəssisləri “Android” istifadəçilərini etibarlı antivurus yükləməklə özlərini və avadanlıqlarını mühafizə etməyə çağırır. Bundan başqa, mütəxəssislər bu tip proqramları ancaq yoxlanılmış mənbələrdən, idealda isə qanuni əlavələr olan mağazalardan əldə etməyi məsləhət görürlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir