wifi

“Wi-Fi”ı gücləndirmək istəyənlər bu xəbəri mütləq oxusun!

Baxış sayı: 1. 719

Evinizdə Wi-Fi siqnalı zəifdir? Əgər belədirsə, zəif Wi-Fi siqnalını gücləndirmək üçün bu üsuldan istifadə edə bilərsiniz.  Bunun üçün sizə maye üçün nəzərdə tutulmuş istənilən dəmir qab lazımdır.

Wi-Fi paylayıcısı evin bütün otaqlarına siqnal ötürmürsə dəmir qab vasitəsilə bu problemin qarşısını ala bilərsiniz.

Lazım olan əşyalar: qayçı, dəmir qab və kiçik plastilin parçası.

1. Dəmir qabı yaxşıca yuyun.

2. Onun qapağını qoparın.

3. Dibini tamamilə kəsin.


4. Yuxarı hissəsini də kəsmək lazımdır. Lakin şəkildəki kimi kəsilməmiş dəmir hissəciyi saxlayın.


5. Həmin dəmir hissəciyin arxa tərəfində geniş kəsik aparın.


6. Hazırlanmış metal parçanı siqnal paylayıcısına plastilin vasitəsilə yapışdırın.

Wi-Fi gücləndiricisi hazırdır! Bundan sonra isə onu sizə lazım olan tərəfə istiqamətləndirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir