icki

Xəstəliklərin qarşısını alan içkilər

Baxış sayı: 152

Meyvələr insan orqanizminə nə qədər faydalıdırsa, onlardan hazırlanan şirələr də  sağlamlığa bir o qədər müsbət təsir göstərir. Ancaq meyvə şirələrindən düzgün istifadə edilmədikdə vücudda xəstəliklərin yaranması belə mümkündür. 

Bəs hansı şirələr hansı xəstəliyin müalicəsinə müsbət təsir göstərir?

Gencaile.az meyvə şirələrinin faydalarıyla bağlı məlumatları təqdim edir:

 

Portağal suyu – C vitamini ilə zəngindir. Soyuqdəyməyə qarşı qoruyucu vasitədir. 

Qəhvə – şəkər xəstəliyinə tutulmaq riskini azaldır. Əhvalın düzəlməsinə səbəb olur, ancaq tərkibindəki kafeinə görə çox istifadə zərərlidir.

Tərəvəz suları – meyvə suları ilə müqayisədə daha az kalorilidir. Tərkibində şəkər az olduğundan istifadə etmək vücuda müsbət təsir göstərir. İmmuniteti artırır, xəstəliklərə qarşı qoruyucu qalxan rolunu oynayır.

Süd – yalnız sümüklərə faydalı deyil, gündəlik istifadə həmçinin artıq kilo almaq riskini də minimuma endirir.

Su – yararları saymaqla bitməyən suyun dırnaqlara, böyrəklərə, saçımıza qədər hədsiz faydası var.

Çay – qara, yaşıl fərq etməz, hər növü orqanizm üçün xeyirlidir. Diş sağlığına və ürəyə faydalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir