aile

Xəyanət etməyən kişini necə tanımalı? – ÜSULLAR

Baxış sayı: 2. 297

Sevgilisinə və ya həyat yoldaşına xəyanət etməyən kişini tanımağın bir neçə yolu var.

Mütəxəssislərin araşdırmasına görə, hər bir qadın aşağıda göstərilən 6 üsuldan istifadə edərək ərinin onu aldadıb-aldatmadığını yoxlaya bilər.

– Sevgiliniz və ya əriniz sizinlə əvvəlki qədər danışmırsa, bu, problemin olduğuna işarədir. Sadiq kişilər xanımları ilə danışmaqdan çəkinməz. Əgər danışmırsa, deməli ağzından nəsə qaçıracağından qorxur.

– Özünü qəhrəman kimi göstərən kişilərdən təhlükə gözləməyin. Onlar özlərini sevgilərinə həsr edirlər və bundan zövq alırlar. Buna görə də xəyanət onları maraqlandırmır.

– Kişilərin xəyanətinin ən bariz sübutu qadına qarşı diqqətinin azalmasıdır. Ancaq əgər xəyanət etdiyindən peşimandırsa, qadına daha çox diqqət göstərəcək və beləliklə də özünü “ələ verəcək”. Sadiq kişi öz sevgilisi ilə dostlarına nisbətən daha çox vaxt keçirməyə çalışır. Əgər kişi qadını öz dostları ilə tanış etməkdən çəkinirsə, deməli onun gizlətmək istədiyi bir şey var.

– Aldatmayan kişi qadını ilə gözəl xatirələr yaşamaq istəyir. Qadını daha əvvəl birgə getmədikləri yerlərə aparır, sürprizlər edir.

– Sizinlə mübahisə edən kişidən qorxmayın. Aldatan kişilər problem yarandığı təqdirdə onu həll etməyə çalışmır, əksinə başqa qadının yanına qaçır.

– Əgər kişi sizin dərdinizi dinləyib problemdən çıxış yolunu tapmaqda sizə kömək edirsə, bu, onun sadiqliyini götərir. Belə kişi heç bir zaman qadını üzəcək hərəkətə yol verməz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir