deniz

Xəzər dənizi: milyon illər öncənin sirli hadisələri

Baxış sayı: 1. 299

Azərbaycan sahillərini də əhatə edən Xəzər dənizi və onun tarixi barəsində elm adamları xeyli maraqlı araşdırmalar ediblər. Bu araşdırmalar arasında Xəzərin nə üçün bəzi mənbələrdə göl, bəzilərində isə dəniz kimi adlandırılması məsələsinə də aydınlıq gətirilib.

Beləliklə, indiyədək elm adamlarının Xəzər dənizi ilə bağlı ortaya çıxardıqları faktların bəzilərini diqqətinizə çatdırırıq.

Amerikadakı çox göllərin toplam sahəsindən daha böyük ərazini əhatə edən Xəzər dənizinin üst sahəsi 370 min kvadrat kilometrdən çoxdur. Bu, onun bir çox ölkələrin ərazisindən belə daha böyük olduğu anlamına gəlir. Məlumdur ki, Xəzər dənizində bir çox canlılar yaşayır. Bəs əgər Xəzərin heç bir okeanla əlaqəsi yoxdursa, bu canlılar necə yaranıb?

Əslində keçmiş bir dənizin qalığı olan Xəzər dənizi bir zamanlar dünya okeanları ilə  əlaqədə olub. Xəzər dənizi Böyük Tetis dənizinin bu günə qədər gəlib çıxan ən böyük hissəsidir. Üçüncü geoloji dövrdə meydana gələn dəyişikliklərlə Qafqaz və Elbrus dağları, Avropa qitəsi və İran platosu meydana çıxarkən Xəzər dənizi də yaranıb. Daha doğrusu, Qafqaz dağları Xəzər və Qara dənizin arasında, toqquşma nəticəsində meydana çıxıb. Yüz milyonlarla il əvvəl bugünkü Aral, Azov, Xəzər, Aralıq dənizi və başqa dənizlərin yerində yuxarıda da qeyd etdiyimiz kimi, Tetis adında bir dəniz olub. Bu dənizin bir tərəfi İspaniyaya, o biri tərəfi isə Zond adalarınadək çatırmış. Lakin Mezozoy erasının sonunda, yəni 70 milyon il davam edən Tabaşir dövründə gil, qum və əhəngdaşı çöküntülərinin uzun tarixi dövr ərzində toplanaraq suyun səthinə çıxması quru əmələgəlmə prosesinə güclü təkan verir. Proses bu mərhələ ilə dayanmayıb davam edir və nəticədə Xəzər dənizi Qara dəniz hövzəsindən tədricən ayrılır.

xəzər dənizi necə yaranıb ile ilgili görsel sonucu

Amma tarixin müxtəlif dövrlərində Xəzərin sahəsi bəzən böyüyüb, bəzən də kiçilib. Tədqiqatçılar bu hövzənin İrandan Samara şəhərinədək geniş əraziyə malik Ağcaqıl dənizi kimi də adlandırıblar. Müasir Xəzərin formalaşması müxtəlif mərhələlərdən keçməyinə baxmayaraq milyon il bundan qabaq iqlimin kəskin dəyişməsi, onun ərazisinin dövrü olaraq dəyişməsinə təsir göstərib.

Qədim yunan coğrafiyaşünası və tarixçisi Hekatey Miletli hələ eramızdan əvvəl 6-5-ci əsrlərdə Xəzərdən bəhs etmiş, onu okean körfəzi və Hirkan (Girkan) dənizi kimi adlandırıb. Sovet tarixçisi L.A.Yelnski isə Hekateyin və onun müasirlərinin coğrafi baxışlarını bütövlükdə təhlil edərək belə nəticəyə gəlib ki, yunan səyyahı bütün dənizləri (Aralıq dənizi istisna olmaqla), o cümlədən Xəzəri qapalı hesab edib. Lakin Herodotun dövründə Qırmızı, Ərəbistan və s. dənizlərin okeanla əlaqəsi aşkar edilir. Görünür tarixçi Herodot da bir dəniz haqqında olan baxışın mexaniki olaraq başqasına tətbiq edilməsinə qarşı çıxır. Ona görə də Xəzərin heç bir dənizlə əlaqəsi olmadığını göstərir.

Xəzərə göl xarakteri eramızdan əvvəl 5-4-cü əsrlərdə daha çox irəli sürülürdü. Eyni zamanda əks nəzəriyyələr də mövcud idi. E.ə. 2-ci əsrdə yaşamış Ptolomey də birmənalı olaraq Herodotun fikrini təsdiq edib. Sərkərdə Makedoniyalı İsgəndərin qoşunları Sırdərya ətrafında olduğu zaman (həmin vaxt Xəzər və Aral dənizləri bir-birindən ayrılmamışdı) İsgəndərin silahdaşları belə hesab etmişlər ki, Sır-Dərya Xəzər dənizinə, Don çayı isə Azov dənizinə tökülür, Xəzər və Azov dənizi bir-birinə qovuşur. Hətta böyük mütəfəkkir Aristotel də Xəzərin qapalı hövzə olmasını müdafiə edirdi.

Sonrakı əsrlərdə də bu hövzəni okean körfəzi hesab edən alimlərdə oldu. Bir məqamı yadda saxlamaq lazımdır ki, Xəzərin göl, qapalı hövzə olması həqiqəti 2 min ildən artıq mübahisədən sonra təsdiq edilib. Belə nəticəyə gəlindi ki, Xəzəri Qara, Baltik və başqa dənizlərlə yanaşı qoymaq olmaz. X əsrdə yaşamış Məsudi Xəzərdə üzən rus gəmiləri, Bakıda çıxarılan neft haqqında məlumat vermişdi. Eramızın 900-cü illərində ərəb müəllifləri İstəxri və İdrisi Xəzərin qapalı olduğunu sübut ediblər. İstəxri yazırdı: “Hövzeyi-bəhru-əl Xəzərin bir nöqtəsindən çıxıb onun sahili boyu hərəkət etməklə, yenə həmin nöqtəyə qayıtmaq olar”.

xəzər dənizi necə yaranıb ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, Xəzər dənizi yalnız dünyanın bütün su səthinin 40%-ni təşkil edir. Geoloji tədqiqatlara görə, Xəzər dənizinin yeraltı təbəqəsi iki müxtəlif formada, şimal və cənubda formalaşıb. Belə ki, Şimal bölgəsi tortillalardan ibarətdir və 20 kilometrdir. Cənub bölgəsi böyük dənizlərin bağı kimidir və 7 km enindədir.

Bu dənizdə mövcud olan xüsusi ekosistem fərqli bir əhəmiyyətə sahibdir. Dənizin dibindəki enerji qaynaqları, canlılar, dəniz nəqliyyat yolları və ətrafındakı dəniz məhsulları müəssisələrinin varlığı Xəzərin əhəmiyyətini getdikcə artırıb. Bu əhəmiyyət Xəzərin strateji mövqeyindən də qaynaqlanır. Neft, təbii qaz və müxtəlif dəniz canlılarının mövcudluğu ilə bərabər, mülayim iqlimi və gözəl sahilləri səbəbindən zaman-zaman Xəzər boyunca limanlar tikilib, şəhərlər qurulub.  Nəticədə bugünkü, hələ də dövlətlərin statusunu müəyyənləşdirə bilmədiyi Xəzər meydana çıxıb.

 

 

Hazırladı: Əli RAİS




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir