xerceng

Xərçəng xəstəliyinə yol açan 10 ƏN TƏHLÜKƏLİ TİBBİ MÜAYİNƏ

Baxış sayı: 2. 653

Tibbi müayinələr zamanı insan sağlamlığını təhlükəyə atacaq cihazların olduğunu bilirsizmi? Həkimlərin məsləhət gördüyü aparatlardan keçməyə tələsməyin. Sağalmaq üçün müraciət etdiyiniz xəstəxanalardakı tibbi cihazların əksəriyyəti insan orqanizmində sağalmaz xəstəliklər yarada bilir.

“Gencaile.az” “Publika.az”-a istinadən oxucularına insan sağlamlığı üçün ən təhlükəli xəstəliklər yaradan 10 tibbi cihaz haqqında maraqlı faktları təqdim edir:

 

Maqnit Rezonans Tomoqrafiyası (MRT)

Tədqiqatlar göstərir ki, son illərdə istifadəsinə ən çox üstünlük verilən cihazlardan biri MRT-dir (Maqnit Rezonans Tomoqrafiya). Bu proses zamanı insan orqanizmi digər tibbi cihazlarla müqayisədə 200 dəfə daha çox şüalanır. Mütəxəssislər iddia edir ki, orqanizmdən asılı olaraq MRT müayinəsindən keçən insanların 30 faizində xərçəng xəstəliyinin yarandığı müşahidə edilib.

Image result for Maqnit Rezonans Tomoqrafiyası (MRT)

Ürək, kürək və onurğa sütunu nahiyələrində aparılan cərrahi əməliyyatlar

Bəzən bu 3 nahiyədə baş verən ağrıların simptomları oxşar olur və bunları bir-birindən fərqləndirmək çətinləşir. Amma peşəkar həkim müayinəsi zamanı dəqiqləşdirmək mümkün olur. Xüsusilə kürək nahiyəsinə vurulan ağrıkəsicilər zamanı insanın iflic olma riski olduqca yüksəkdir. Bundan başqa, mütəxəssislər xəbərdarlıq edirlər ki, kürəkdə və boyunda xroniki ağrıların müalicəsi zamanı iynələrə üstünlük verilməsin. Cərrahlar müalicədən çox dərhal əməliyyata üstünlük verirlər. Əsassız mürəkkəb cərrahi prosedurlara ehtiyac yoxdur. Bir çox hallarda fizioterapiya daha effektiv ola bilər.

 

Antibiotiklər

Soyuqdəymə zamanı insanların ilk növbədə müraciət etdikləri dərman preparatları məhz güclü antibiotiklərdir. Lakin bu çox ciddi səhvdir. Antibiotik qəbul edən şəxslərin əksəriyyəti heç bir halda effekt əldə edə bilmir.

Məsələ ondadır ki, tənəffüs yolların infeksiya və iltihab xəstəliklərinin çoxunu (95%) məhz yanlış antibiotik müalicələr təşkil edir. Tədqiqatçıların sözlərinə görə, soyuqdəyməsi olan insanlar arasında 20 nəfərdən yalnız 1-nə ən son halda antibiotik müalicəsi yazıla bilər.

Cüzi və ehtiyac olmayan halda qəbul edilən antibiotiklər insan sağlamlığında qorxunc nəticələrə səbəb ola bilər. Bir qrup antibiotik preparatlar özü də ciddi bakteriyaların yaranmasına səbəb olur.

Image result for Antibiotiklər

Döş vəzi kiçiltmə əməliyyatı (Mamoplastika)

Xüsusilə döş xərçəngindən əziyyət çəkən insanların bir neçə aydan sonra mamoplastika əməliyyatına girməsi olduqca risklidir. Qadınlar gözəl görünmək xatirinə həyatını riskə atırlar. Bunun da səbəbi bu əməliyyatın nə dərəcədə ciddi prosedur olmasını dərk etməmələridir.

Məsələ ondadır ki, vəzlərin kiçildilməsi prosesi estetik cərrahiyyədə ən mürəkkəb plastik əməliyyatlardan biridir. Bu əməliyyatdan sonra orqanizmin tamamilə bərpa olması üçün kifayət qədər müddət lazım olur. Əgər çox ehtiyac olmazsa, bu riski almaq lazım deyil.

Image result for Döş vəzi kiçiltmə əməliyyatı (Mamoplastika)

Amniosintez

Hərçənd ki, bu prosedur ardıcıl olaraq bütün hamilə qadınlara təyin edilmir, yenə də riskli prosedur hesab olunur. Amniosintez hamiləliyin 16-20-ci həftələri arasında ananın qarın hissəsindən nazik bir iynə ilə dölün su kisəsinin içinə daxil olaraq, dölün olduğu mühitdən 15-20 cc amnion mayesi götürülməsi prosesidir. Amniosentez prosedurunun təyin edilmə səbəbi əsasən, döldə xromosom pozğunluğu riskinin yüksək olduğu hallar və ya mümkün bir genetik xəstəliyin aşkar edilməsidir. Ən çox səbəblər üçlü, dördlü testin nəticəsinin yüksək çıxması, ailədə daun sindromu və ya başqa xromosom pozğunluğu olması və ya təfsilatlı ultrasonoqrafiyada xromosom pozğunluğunu düşündürəcək simptomların aşkar olunmasıdır.

Bu müayinə ana bətnində uşağın inkişafında gedən təhlükəli qüsurların və xəstəliklərin mövcudluğunu müəyyən etmək olsa da, bəzən bu prosedur da müxtəlif xəstəliklərə yol aça bilir. Bu metod genlərin və xromosomların 100% informasiyasını verir.

Amma bu prosesdən sonra hamilə qadınlarda uşağın düşük riski 14% artır. Hamilə qadınlar bilməlidirlər ki, bu prosedur məcburi deyil və onlar bu müayinədən imtina edə bilərlər.

Image result for Amniosintez

Qeysəriyyə əməliyyatı (Qeysəriyyə kəsiyi)

Hamilə qadınlar arasında son dövrlərdə qeysəriyyə əməliyyatına üstünlük verənlərin sayı artıb. Bu prosedur olduqca riskli olduğu üçün, heç də hər zaman məcburi və zəruri hesab edilmir. Olduqca mürəkkəb ciddi əməliyyatın ağır fəsadları haqqında düşünmək lazımdır. Belə ki, qeysəriyyə əməliyyatı zamanı ana infeksiyadan, güclü qanaxmadan, qan zəhərlənməsindən ölə bilər. Amerikalı mamaginekoloqlar hamilə qadınlara qeysəriyyə yolu ilə uşaq dünyaya gətirməyi tövsiyə etmir.

Bu proses xüsusilə uşağın çəkisinin çox olması, tərs gəlməsi kimi ekstremal vəziyyətlərdə təyin edilir. Əgər heç bir ekstremal hal yoxdursa, uşağın normal doğuşla dünyaya gəlməsi həm ana, həm də körpə üçün daha təhlükəsiz hesab olunur. Söhbət əməliyyatdan gedirsə, risk hər zaman var. Estetik gözəllik uğruna, özünüzün və körpənizin həyatını riskə atmayın.

Image result for Qeysəriyyə əməliyyatı (Qeysəriyyə kəsiyi)

Qalxanvari vəzlərin müayinəsi və cərrahi prosedurlar

Həkimlər hər zaman qalxanvarı vəzinin xərçəng riskinə görə daim yoxlanılmasını tövsiyə edirlər. Məsələ ondadır ki, müayinə vaxtı çox pasiyentlərdə qalxanşəkilli vəzidə düyünlərin mövcudluğunu aşkar etmək mümkün olmur. Burada çox nadir hallarda xərçəng düyünləri mövcud olur. Lakin, proses o qədər gizli şəkildə inkişaf edir ki, qətiyyən heç bir simptomla özünü büruzə vermir. Bu isə həyati təhlükə yaradır.

Lakin buna görə, daim ultrasəs müayinəsinə ehtiyac yoxdur. Əlavə şüa insan orqanizminə o qədər də müsbət təsir etmir. Nə qədər tibbi müayinələrə ehtiyac duysaq da, mütəxəssislərin fikrincə, insan orqanizmi müalicə prosesində tibbi cihazların şüalanmasından qorunmalıdır. Bir insan ən az proseslər arasında 6 ay ara verməklə ultrasəs müayinəsindən və digər aparatlardan keçməlidir ki, həmin şüa orqanizmdən təmizlənsin. Əks halda, xərçəng riski ilk sıralarda yer alır.

 

Prostat vəzidə şişin götürülməsi əməliyyatı

Tibbdə geniş müzakirə olunan cərrahi əməliyyatlardan biri də prostat vəzinin xərçəngidir. Prostat vəzidə yaranan şişlər əksəriyyəti xoşxassəli olsa da, cərrahi proses və biopsi nümunələri tələb etmir.

Bəzi həkimlərin fikrincə, problem onkologiya diaqnozunun birbaşa kimoterapiya təyin edilməsidir. Yeni törəmələrin aşkar edilərək vaxtında müdaxilə ilə aradan qaldırılması mümkündür. Riskli hallar ümumiyyətlə, 50 yaşından yuxarı şəxslərdə müşahidə edilir.

Yalnız genetik daşıyıcılara nəsildə çox rast gəlinibsə, daha cavan yaşlı kişilərdə də bu xəstəliyə rast gəlinir. Hər zaman cərrahi prosesə üstünlük vermək tövsiyə edilmir.

Qisterektomiya (“Matka”nın götürülməsi əməliyyatı)

Əvvəllər hesab edilirdi ki, uşaqlıq yolunda yaranan problemlərin aradan qaldırılması üçün yeganə vasitə qanaxmalara səbəb olan uşaqlıq yolunun (“matka”nın) cərrahi prosedurla götürülməsidir. Əlbəttə, primitiv yanaşanda “matka” yox, problemlər yox” kimi düşünmək olur. Lakin, bu gün tibbin inkişafı nəticəsində bu problemlərin aradan qaldırlması üçün daha radikal və təhlükəsiz üsullar var.

Bunlardan biri niderlandlı alimlərin tövsiyə etdiyi uşaqlıq yolu arteriyalarının embolizasiyasıdır. Bu prosedur qanın yığılaraq şişkinlik yaratmasının qarşısını alır və onun qəfəslərini dağıdır. 2-3 prosedurdan sonra sizin qisterektomiyaya ehtiyacınız qalmayacaq.

Əlbəttə, bu, hər kəsə şamil edilmir. Amma şişin ölçülərindən asılı olaraq, bəzən qisterektomiya əməliyyatı qaçınılmaz olur. Lakin bu da sonra insan orqanizmində ciddi fəsadlar yarada bilər. Məhz bu səbəbdən belə əməliyyatlara girməyə tələsməyin.

Image result for Menopauza

Menopauza (klimaks dövrü) terapiyası

Qadınlarda müəyyən yaş dövründən sonra menopauza (klimaks dövrü) başlayır. Bu ərəfələrdə qadın orqanizmində yarana biləcək neqativ proseslərin qarşısını almaq məqsədilə xüsusi terapiyalar keçirilir.

Lakin amerikalı mütəxəssislər sübut ediblər ki, bu terapiyalar neqativ problemləri (yuxusuzluq, sinir sitemində pozuntular, ürək-damar xəstəlikləri, hormonal pozuntular və s.) aradan qaldırmaq əvəzinə, daha da qıcıqlandırıcı proseslər yaradır.

Bu terapiyalarda hormonal dərman preparatlarının qəbul edilməsi qadınlarda insult və xərçəng xəstəliyi riskini artırır. Menopauza üçün heç bir terapiya və hormonal dərmanlar qəbul etməyin. Yüngül psixoloji dəstək və antidepressantlar kifayət edəcək ki, siz özünüzü rahat hiss edəsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir