xeyanet

Xəyanət edən kişilərin ən çox işlətdiyi yalanlar

Baxış sayı: 1. 515

Sevdiyiniz şəxsin xəyanəti elə ən çətin sınaqdır. Bu vəziyyətlə ən azı bir dəfə qarşılaşanlar heç kimə inanmır, hər kəsdən şübhələnir. Psixoloqların araşdırmalarına görə, xəyanət edən kişilər vəziyyətdən çıxmaq üçün o qədər də çox fikirləşmir və hər dəfə eyni yalanlardan istifadə edir. Həmin yalanların bəzilərini təqdim edirik:

 

İşlərim çoxdur. Gecikəcəyəm

Əgər qarşı tərəf bu sözü ilin sonu və ya hansısa layihənin təqdimatından öncə deyirsə, deməli düz danışır.

Yox əgər gün aşırı evə gec gəlirsə və ya ümumiyyətlə gecələməyə evə gəlmirsə, o zaman bu barədə düşünməyə dəyər.

 

Çox içmişdim. Heç bir şey xatırlamıram

Günahı başqasının üstünə yıxmaq kişiyə yaraşmaz. Üstəlik məsələ heç də dostcasına olmayan mesajlaşmalardan gedirsə.

 

Dostlarla görüşdük və gecəni onlarda gecələdim

Müxtəlif səbəblərdən bu situasiya yarana bilər. Lakin siz, onun dostlarının ailəli olub-olmamasını və evdə gecələməməyinin hansı tezliklə yaşandığını nəzarətdə saxlamalısınız.

 

Şübhələrindən bezmişəm!

Qarşı tərəf bu sözlərlə sizi paranoik vəziyyətə salmağa çalışır. Düzdür, bəzi xanımlar səbəbsiz yerə qısqanclıq edir. Lakin o, evə gec saatlarda gəlirsə, kimsə ona səhvən mesajlar yazırsa və dediyinə görə etdiyi hərəkətləri xatırlamırsa, deməli ondan şübhələnməyə dəyər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir