Xalq artistinin qızı gizlicə ərə gedib

Baxış sayı: 585

Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova gizlicə ailə qurub.

“Gencaile.az”-ın məlumatına görə, sənətçi bu haqda “5/5” verilişində xəbər verib. O, 1 ay bundan əvvəl ana olduğunu da bildirib.

Oğlu dünyaya gələn S.Dadaşova ona atasının adını qoyduğunu söyləyib:

“Allah hamıya övlad payı qismət etsin. Oğlum 1 aylıqdır. İnsan gərək hər bir sözdən nəticə götürsün. Mən də məsləhətlərdən nəticə götürüb, ailənin vacib olduğunu başa düşdüm. Övladımla reklam olunmağı istəmirdim. Ona görə də gizlədirdim. Övladım bətnimdə olarkən mənə dəstək duranlar çox idi. Dostlarıma təşəkkür edirəm. Uşaq məni çox dəyişdirdi. hara gedirəmsə, evə, oğlumun yanına tələsirəm”.

Daha sonra aparıcı Zaur Kamal sosial şəbəkədə S.Dadaşovanın həyat yoldaşının fotosunu paylaşıb.

Qeyd edək ki, bu S.Dadaşovanın ikinci ailə həyatıdır. O, bundan əvvəl Türkiyə vətəndaşı ilə ailə qurmuşdu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir