8 mart

Xanımlar 8 martda kimdən hansı hədiyyəni gözləyirlər? – BİZİM SORĞU

Baxış sayı: 860

8 mart ölkəmizdə sevilən bayramlar sırasındadır. Təbii ki, daha çox qadınlar tərəfindən. Həmin günü gül mağazalarından tutmuş, geyim mağazalarına qədər insanlar arasında xoş bir qaynaşma olur. Hər bir qadın etiraf etməsə də, həmin günü bir cümlə xoş söz, bir gül və ya diqqət, qayğı gözləyir.

Biz də “8 marta nə hədiyyə gözləyirsiniz?” sualı ilə sorğu keçirdik. Amma respondentlərimiz heç də həmişə olduğu kimi tanınmış simalar deyil. Bu dəfə sorğumuz “Gencaile.az” saytının daimi eksperləri olan xanımlar arasında keçirildi.  Saytımızın bəzi ekspertlərinin sorğuda iştirak etmədiyini də qeyd edək.

Cavabları təqdim etməmişdən öncə bildirmək istəyirik ki, əziz kişilər, unutmayın, bayram günü göstərdiyiniz diqqət və qayğı yalnız simvolik əhəmiyyət daşıyır. İlin bütün günlərində xanımlarınızı sevin, qoruyun.

ruhiyye Rustemova

Ruhiyyə Rüstəmova (Yaşam Klinikasının klinik psixoloqu, ailə və uşaq psixoloqu):

“8 mart Beynəlxalq Qadınlar günü” qadınların, anaların həyatında özəl gündür. Xanımlara sevgini göstərmək üçün xüsusi gündə deyil, istənilən gün göstərilən kiçik bir diqqət onların energetik yenilənməsi, sevinmələri və diqqəti hiss etmələri üçün yetərlidir. Anaların üzərimizdə olan haqları heç bir hədiyyə ilə ölçülmür, bu sadəcə səni sevirəm demənin simvoludur. Hədiyyənin dəyərli və dəyərisizi yoxdur və xanımlar üçün hədiyyə seçimi individualdır. Bəziləri ətir, bəziləri çiçək, zinət əşyaları və s. Bəziləri isə qucaqlayıb, üzündən öpməklə, səni sevirəm deməklə bütün dünyanı hədiyyə etmiş oluruq.

 

Nermine Abbasova

Nərminə Abbasova (Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt):

Hər bir xanım bu bayramda təbrik olunmağı arzu edir. Hədiyyə isə müxtəlif ola bilər. Əgər söhbət evdar xanımdan gedirsə, ilk növbədə həyat yoldaşından və varsa, oğlundan təbrik gözləyir. Hədiyyə isə zövqə və ailənin maddi durumuna görə müxtəlif olur. Təbii ki, qadınlar da qarşı tərəfin büdcəsinə uyğun gözlənti içində olurlar.  İş xanımlarına gəlincə, onlar da adətən doğmaları ilə yanaşı iş yoldaşları tərəfindən də təbrik olunur ki, burda da əsas gözlənti rəhbərlikdən və kollektivin bəzi üzvlərindən olur adətən. İstənilən halda hədiyyənin böyük və ya kiçik olması yox, diqqət vacibdir. Təbii ki, mən də həmin gün diqqət mərkəzində olmaq istəyərəm.

qumru eyvazova

Qumru Eyvazova (Vəkillər Kollegiyasının üzvü,vəkil):

8 mart hədiyyəsini adətən ailəmdən gözləyirəm.  Qızım şəkil çəkib verir mənə və yaxud nəsə öz əl işinə aid kağızlardan düzəlmə hədiyyə verir, oğlum kassasına yığdığı puldan mənə “Chanel” duxisi alır, çünki o ətrin iyini xoşladığımı bilir. Yoldaşım isə gül alır. Başqa adamdan düzü, gözləmirəm, çünki həmin adamın da evində hədiyyəni verəcəyi bir xanım var. Hətta iş yoldaşım olsa belə. Adətən həmkarlarımızla bir yerə yığışıb qeyd edirik.

melihe meherremli

Məlihə Əsədova (Bakı Slavyan Universitetinin müəllimi):

İlk növbədə qarşıdan gələn Beynəlxalq Qadınalar Günü münasibəti ilə bütün xanımları təbrik edirəm. Hər bir qadın sevgiyə və diqqətə layiqdir. Hədiyyələrə gəlincə, bütün xanımlar kimi çiçək və ətir sevirəm. Hədiyyəni isə ailəmdən, yaxınlarımdan gözləyirəm.

Rena Bayramova

 

Rəna Bayramova (Pediatr, ailə həkimi, Kliniki dietoloq, Misir və Rusiya Dietoloqlar Assosiasiyasının üzvü):

Mən düşünürəm ki, 8 mart bayramı əvvəllər özündə daha çox məna daşıyırdı. Sovet dönəminin uşaqlıq illərində həmin gün bizə xoş anlar bəxş edirdi. Məsələn, mən və iki bacım atamızdan kiçik də olsa, hər hansı bir hədiyyə gözləyirdik. Hazırda isə son 25 ildə sadəcə həyat yoldaşımdan hədiyyə gözləyirəm. Hansı ki, həmin hədiyyəni mənə ancaq yoldaşım alıb verə bilər. Amma onu da deyim ki, özüm hədiyyə verməyi çox sevirəm. Sırf  8 mart bayramı ilə bağlı isə bir az fərqli düşünürəm. Məncə, qadınlar bayramında qadınlar bir-birinə hədiyyə verməməlidirlər. Bu mənada yalnız anaları istisna etmək olar, çünki mənim fikirimcə, onlara bu bayramda mütləq hədiyyə bağışlanmalıdır.

 274845949_463302508861596_1507822501632840384_n

Ebru Özkan: (Sosioloq):

Məncə, önəmli olan hədiyyənin nə olması yox, qadına göstərilən diqqətdir. Xanımları məhz bu diqqət xoşbəxt edir. Hədiyyə rəmzi xarakter daşıyır. Kimdən nə hədiyə gözləməyimə gəlincə, sevdiklərim nəyi sevib, nəyi sevmədiyimi bildiyi üçün ona uyğun da hədiyyə seçirlər.

 Musenber Seferova 3

 Müsənbər Səfərova ( Pediatr-nevroloq):

Qadınlar hər zaman diqqət istəyir bu təbbi haldır. Özəl günlərdə isə kiçik də bir hədiyyə ilə o günün şahzadəsi olmaq hər bir xanımın istəyidir. Məsələn,  iş xanımıdırsa, əmək fəaliyyətində göstərdiyi xidmətlərə görə dəyər, ailədə bir dəstə çiçək (mən nərgiz çiçəyini sevdiyim üçün gözləntim bu olub) və xoş olan dəyərli, layiqli kəlmələr!

Psixoloq Nuriyye Quliyeva

Nuriyyə Quliyeva (Peşəkar Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq):

Klassik cavab olsa da, deyim ki, mənim üçün hədiyyənin fərqi yoxdur.  Amma əgər konkret hədiyyə adı çəkməliyəmsə, ən çox kəlağayını və və ya milli aksessuarları sevirəm. Amma əlbəttə ki, hər xanım kimi çiçək (ən sevdiyim gül zambaqdır) və ətir sevirəm.

 rovsane rehimli

Rövşanə Rəhimli (Hüquqşünas,Vəkillər Kollegiyasının üzvü):

Açığı, mən heç bir hədiyyə gözləmirəm. Bu cavabın sizi nə dərəcədə qane etdiyini bilmirəm, amma məncə, əlavə şərhə ehtiyac yoxdur.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir