qidalar

Xanımlar hansı yaşda necə qidalanmalıdır? – DİETOLOQ MƏSLƏHƏTİ

Baxış sayı: 1. 718

Hər yaşın öz gözəlliyi olduğu kimi, hər yaşın özünə məxsus qidalanma xüsusiyyətləri də var. Türkiyəli dietoloq-uzman Olcay Barış yaşa uyğun qidalanmanın qadının sağlamlığına və xoşbəxtliyinə qatqısı olduğunu deyir. “Gencaile.az” Aile.lent.az-a istinadən uzmanın yaşa görə qidalanma ilə bağlı məsləhətlərini təqdim edir.

Gənclikdən yetkinliyə keçid dövrü olan 30 yaşlarda sağlamlığın və gəncliyin qorunması vacibdir. Bu baxımdan antioksidanlar, dəmir və C vitamini qəbuluna diqqət etmək lazımdır: “Qadınların regl dövrlərində itirdikləri dəmirin mütləq yerinə qaytarılması vacibdir. 19-50 yaş arası insanın gündəlik dəmir ehtiyacı 8-10 mg-dır, lakin qadın bədənində bu ehtiyac 18 mg-dir. Dəmir qaynağı baxımından yumurta süfrələrdən əskik  edilməməli, bol göyərti və təzə tərəvəz yeyilməli, C vitamini qarşılanmalıdır. Bol meyvə-tərəvəzlə qidalanmaq posa və antioksidanlar baxımından çox əhəmiyyətlidir”

40 yaşdan sonra immunitet sistemini qüvvətləndirmək lazımdır

“Balanslı qidalan və aktiv ol!” kampaniyasına başlamaq lazımdır. Qadınlar 40 yaşından sonra immunitet sistemini gücləndirən B və E vitamini qəbuluna diqqət etməlidirlər: “Qurupaxlalılar və dənli bitkilərlə qidalanmaya üstünlük verilməli, hər yemək vaxtı bir dilim tam buğda, çovdar və ya tam taxıllı çörək B vitamini qaynağı kimi qəbul edilməlidir. E vitamini baxımından isə qovrulmamiş fındıq, qoz və badamı bir ovucu keçməmək şərtilə yemək qadınlar üçün vacibdir”.

50 yaşdan sonra menopauzaya uyğun qidalanmaq lazımdır

Bu dövrdə menopauzanın təsiriylə gücdən düşən sümüklər üçün kalsium qəbulu vacibdir. Bununla yanaşı, həftədə ən azı 3 dəfə 30-45 dəqiqə piyada yerimək çox əhəmiyyətlidir: “Aktiv hərəkət etmək yavaşlayan maddələr mübadiləsinə təsir edərək sümüklərin gücdən düşməsinin qarşısını alacaq. 50 yaşdan sonra kalsium bədəndən sürətlə azalmağa başlayır. Sümük qırılmalarına qədər baş verə biləcək sağlamlıq problemlərindən qaçmaq üçün kalsium qəbuluna mümkün qədər üstünlük vermək lazımdır. Hər gün ən yaxşı kalsium qaynağı olan süd, qatıq, pendir yeyilməli, ikinci kalsium qaynağı olan yaşıl yarpaqlı tərəvəzlərə hər yeməkdə yer ayrılmalıdır”.

60 və sonrakı yaş dövründə düzgün qidalanmaq və D vitaminini günəşdən almaq lazımdır

Bütün yaş dövrlərində, xüsusən də yaş irəlilədikcə bol su içmək vacibdir. Sağlam yaşlılıq dövrü üçün kifayət qədər heyvani zülal və D vitamini qəbulu çox əhəmiyyətlidir. Zülal qaynağı kimi başda toyuq və balıq olmaqla ət, yumurta və quru paxla yemək təklif edilir: “Bədənin D vitamini ehtiyacını qarşılamaq üçün qış günlərində 25 dəqiqə, isti yaz-yay günlərində isə səhər və ya axşam 15 dəqiqə üzə qoruyucu krem ​​vurmaqla günəşdə gəzmək lazımdır. D vitaminini ən yaxşı ehtiva edən qidalar balıq, pendir və yumurta yemək, gündə ən azı 10 stəkan su içmək vacibdir”.

Mütəxəssis piylənməyə qarşı mübarizə məqsədiylə rəqs və fitnessi birləşdirən zumba rəqsi ilə məşğul olmağı da məsləhət görür. Qadınların əylənərək idman etmələri həm əhval-ruhiyyələri, həm də sağlamlıqları üçün əhəmiyyətlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir