serf

Xanımların görünüşünü dəyişəcək universal şərflər

Baxış sayı: 451

Havanın temperaturu kifayət qədər aşağı düşdüyünə görə, üşüməmək, eyni zamanda dəbli görünmək üçün yeni yollar axtarmağın vaxtıdır.

Rahatlıq və istilik hissi bəxş edən uzun şərflər mövsümün aksessuar trendləri arasında lider olmağa hazırlaşır. Odur ki, qış alış-verişində belə şərflərə diqqət yetirməyi təklif edirik.

Şərflər qış qarderobunda papaq kimi praktik və zəruri bir əşyadır, suya davamlı gödəkçələrdə deyil, paltolarda gəzməyi sevənləri qardan və yağışdan qoruyacaq. Bu, xüsusilə sintetik parçalardan hazırlanmış sırıqlı şərf modellərinə aiddir. Onlar dərhal yaş olmur. Eni və uzunluğu isə istənilən üslubu sınaqdan keçirməyə imkan verir. Şərfləri çiyinlərinizə adyal kimi ata və ya papağınız yoxdursa, onları başınıza bağlaya bilərsiniz. Ucları saçaqlı variantları da tapma bilərsiniz, bu funksional detal aksessuarı klassik şərf kimi bağlamağa imkan verəcək.

Bununla belə, ən rahat variantlar yun şərflərdir. Onları hətta ən həcmli gödəkçələrlə istifadə etmək olar, qışın darıxdırıcı havasından xilaq olmaq üçün şən çalarlara üstünlük vermək lazımdır. Səhvə yol verməmək üçün sizə isti aksesuarları dəst olaraq seçməyi məsləhət görürük. Üst geyimlə aksessuarın rəngi və fakturası bir-birinə yaxın olmalıdır. Belə uzaqgörənlik tez bir zamanda öz bəhrəsini verəcək.

serf 4

sarf

 

serf 2

serf 1

serf 3

serf 5




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir