KİSİLER

Xanımların sevgisini qazanmaq istəyən subay bəylərə 8 məsləhət

Baxış sayı: 168

Subaylıqdan bezən və artıq ciddi münasibət qurmaq istəyən kişilər, diqqətiniz bizdə olsun. Xanımların qəlbini asanlıqla qazanmağınız üçün sizə bir neçə məsləhətimiz olacaq.

1. Əgər bir qadınla ilk görüşünüz gözəl keçibsə, ona zəng edib yenidən görüşə dəvət edin. Əgər görüşünüz pis keçdisə, ürəyinizcə olmadısa, zəng edib onu tanıdığınıza şad olduğunuzu və gələcək həyatında ona şans dilədiyinizi deyin. Səssiz yoxa çıxmayın. Sağollaşıb getdikdən sonra heç bir əlaqə saxlmasanız, mesaj yazmasanız, bu, sizin qorxaqlığınız kimi başa düşüləcək. Sonrakı münasibətinizdə etdiyiniz bu hərəkət eynisiylə sizə qarşı ediləcək. Bu, həm də xoşagəlməz bir hərəkətdir.

2. Bir qadına özü ilə bağlı 3 sual verin. Və cavablarını dinləyin, ya da dinləyirmiş kimi davranın.

3. Əgər əvvəl evli olmusunuzsa, ya hələ də evlisinizsə, bu, ilk görüşdə heç bir detallara girmədən deyilməsi lazım olan məsələdir. Və əgər hələ də evlisinizsə, boşanma niyyətindəsinizsə, bilin ki, sevgilinizin rəfiqələri boşandıqdan sonra sizi xoşlayacaqlar.

4. İlk görüşdə hesabı siz ödəyin. Bu, incə və xoş bir davranışdır. Yadda saxlayın ki, comərd bir adam simic adamdan daha yaraşıqlı görünür.

5. İlk görüşə getmədən əvvəl çəngəl, bıçaq istifadəsini öyrənin. Salfet kağızdan istifadə edin, yemək yeyərkən ağzınızı bağlayın.

6. Gülümsəyin. Qəhqəhə çəkin, çoxlu gülün. Belə daha yaxşı görünəcəksiniz və ikinizin də gərginliyinizi aradan götürəcək.

7. Bacı və ananızla yaxın bir münasibətdə olmanız yaxşı, şəfqətli bir haldır. Yox, əgər qıza ananızla dost olduğunuzu desəniz, heç bir qız sizinlə sevgili olmaq istəməz. Bu, bir az qorxuducu haldır. Sizin dostunuz sizinlə yaşıd olan kişilər olmalıdır.

8. İlk görüşdən sonra ona mütləq zəng edin. Deyəcəyiniz mənfi, ya müsbət olsa da, fərq etməz. Heç bir xanım yarı yolda tərk edib gedənlərdən xoşlanmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir