SEKS

Xoşbəxt cütlüklərdən 11 seks sirri

Baxış sayı: 3. 327

Əgər siz həyat yoldaşınız ilə daim xoşbəxt olmaq istəyirsiniz isə mütləq yaxşı seks həyatınızda olmalıdır.

Xoşbəxt cütlüklərin bölüşdüyü 11 seks sirrlərini sizlərə təqdim edirik:

1. Zamanla kəmiyyət azalsa da, keyfiyyət yüksəlir.

Uzunmüddətli münasibətlərdə cütlüklər adətən seks ilə daha az məşğul olurlar (ilk ay və illərə nisbətən). Bu normaldı, bunun əksi olaraq seksin keyfiyyəti hər səfərində daha da yüksəlir (cütlüklər bir-birilərini daha yaxşı tanıyırlar).

2. Heç kimin orqazmı digərindən vacib deyil.

Bərabərlik yataqda da olmalıdır. Əgər siz öz orqazmınızı daha önəmli tutsaz, narazıçılıqlara səbəb ola bilər. Xoşbəxt cütlüklərdə həm kişi, həm də qadın qarşı tərəfi məmnun etməlidir.

3. Yataqda kompromislər olmalıdır.

Bu – siz sevməsəniz belə qarşı tərəfin sevdiyi üçün etdiklərinizdir. Düzdü özünüzü ekstra məcbur etməyə ehtiyac yoxdur, sadəcə bəzən keçmək mümkün olan şeyləri etmək olar.

4. Yenilik etməmək ilə bir çox şeyi itirirsiniz.

Əgər ömür boyu bir qadın ilə yatağı paylaşacaqsınız isə, seksdə yeniliklər etmək mütləq şərtdir, əks halda maraq itə bilər.

5. Seks-şoplardan qorxmayın.

Onlar ehtirası itirmək istəməyənlər üçün oazis rolunu oynaya bilər.

6. Orqazma ilişib qalmayın.

İlk növbədə qadını və özünüzü orqazma çatdıracaq yeni metodlar axtarın. İkincisi seksin emosional tərəfini unutmayın.

7. Hər şeyə ciddi yanaşsanız seksi korlaya bilərsiniz.

Seks zamanı nəisə səhvlər baş verə bilər, əsas buna olan reaksiyanızdır.

8. Münasibətlərinizdə seksi silah kimi istifadə etməyin.

Seks ilə şantaj etməyin. Kefiniz olmayanda seks ilə məşğul olmayın. Yox əgər siz sadəcə qadına cəza olsun deyə ona yaxın durmursunuz isə – bu səhvdir.

9. Adi şeylər də seksual ola bilərlər.

Xoşbəxt cütlüklər potensial seksual anları görə bilirlər. Misal üçün, siz qab yuduğunuz zaman qadın ona kömək etməyinizi olduqca seksual hesab edə bilər.

10. Əksər insanlar tədricən ehtiraslanırlar.

Sekslə bəlkə artıq mininci dəfə məşğul olursunuz deyə buna ilk gündəki kimi yanaşmanız fərqli olmalıdır. Ön sevişmə həmişə mütləq haldır.

11. Fasilələr edin.

Bir-biriniz üçün darıxın. Bu sizdə olan ehtirası pik nöqtəsinə çatdıracaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir