sevgi

Xoşbəxt evliliyi olan qadınların kişilərdə diqqət etdiyi 7 nüans

Baxış sayı: 2. 007

Xoşbəxt evliliyi olan qadınlar  kişilərdə 7 əhəmiyyətli nüansa diqqət edirlər. Görüşə getməmişdən əvvəl kişilər bu nüanslara göz atsalar çox yaxşı olar:

Xəyallarınız və hədəfləriniz

Sizdən xəyallarınız və hədəfləriniz barədə dəfələrlə suallar soruşarlar. Qısa və ya uzunmüddətli xəyallarınızın olması qadınlar üçün önəmlidir. Çünki qadınlar üçün xəyallarınızın və hədəflərinizin mənası böyükdür.

Həyatındakı yerin və kariyeran

Qadınlar sizdən gələcək planlarınız haqqında soruşarkən əslində gələcəkdə onların həyatında necə rol oynayacağınızı öyrənmək istəyərlər.

Mənəvi həyatınız

Qadınlar sizi sevdikləri zaman, sizin mənəvi dünyanıza da maraq göstərir. Dünya görüşünüz onlar üçün olduqca önəmlidir. Çünki bunu bilmək onlarda sizə olan inam hissini yaradır.

Beyin gücünüz

Qadınlar beyininizin nəyə qadir olduğunu görmək istəyir. Düşünmə formanız və məntiqinizlə onları cəlb etməyinizi gözləyirlər.

Keçmişiniz

Sizin keçmiş təcrübələriniz və münasibətləriniz ilə maraqlanar, çoxlu suallar verərlər. Əgər bunu etmirlərsə, sizi sevib sevmədikləri barədə fikirləşməyinizə ehtiyac var.

Maddi vəziyyətiniz

Sevgidə pul hər şey olmasa da, gəliriniz qadınlar üçün əhəmiyyətlidir. Ciddi münasibətə başlamamışdan qabaq aylıq nə qədər qazandığınızı bilmək istəyərlər. Bu, onların sizinlə bağlı planlar qurmasına kömək edir.

Ailəniz

Ailə qadınlar üçün münasibətdə dayaq nöqtəsidir. Onlar sizin bacı-qardaşınız və ya qohumlarınızı tanımaq istəyərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir