sevgi

Xoşbəxt münasibətlərin əsasında duran əsas məqamlar

Baxış sayı: 163

Psixoterapevt Stan Tatkin xoşbəxt münasibətlərin əsasında duran əsas məqamları tapıb.

Maraqlı olacağını nəzərə alıb, həmin məqamları təqdim edirik:

1) Bir-birinizə düşmənçilik etməmək üçün yalnız öz ehtiyaclarınızı, istək və qorxularınızı müdafiə etməyin, həm də sevgilinizin fikir və istəklərini dinləyin.

 

2) Stres altında olduğunuz zaman bir-birinizi səhv başa düşə biləcəyiniz üçün müzakirəni sonraya saxlayın.

3) Böyük problemlərinizi bir müzakirədə həll etməyi gözləməyin, qarşı tərəfə bir az vaxt verin.

4) Sevgiliniz haqqında hər şeyi bildiyinizi düşünürsünüz. Bunun sizi aldatmasına imkan verməyin. Həqiqi münasibətlərdə ortaqlar bir-birini araşdırmağa, onu öyrənməyə davam etməlidir. Çünki öyrənmək və kəşf həyat boyu davam edir.

5) Münasibətin baş rollarında sizsiniz. Əvvəlcə özünüzü, sonra başqalarını düşünün.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir