pul

Xoşbəxt olmaq üçün nə qədər pul lazımdır?

Baxış sayı: 1. 401

“Pulla səadət olmaz” sözü yüz illərdir hər cəmiyyətdə müzakirə edilsə də, hələ bunun doğru, yoxsa yanlış olması ilə bağlı dəqiq bir cavabımız yoxdur. Bəzi mütəxəssislər pulun xoşbəxtlik gətirdiyini deyirlər. Halbuki ancaq ildə 75 min dollara qədər (2010) pul bu xoşbəxtliyi yaşada bilir.

Bəzi araşdırmalar bu miqdarda pulu özünüzə vaxt ayırmaq, ev məsrəfləri kimi problemləri həll etmək və zövqünüzə uyğun şeyləri almaq üçün xərclədiyiniz halda pulun xoşbəxtlik gətirdiyinə işarə edirlər. Purdue Universitetindəki psixoloqların pul və həyatdan məmnuniyyət arasındakı münasibətlə bağlı apardıqları bir araşdırmaya görə, insan ildə 95 min dollar miqdarında bir pul qazandığı zaman xoşbəxt ola bilir.

Bu araşdırma üçün 164 ölkədən təmsilçi nümunələri bir araya gətirildi. Çalışmada “gəlir doyumluluğu”, yəni daha artıq pulun xoşbəxtliyi artıq yüksəltmədiyi nöqtə tapılmağa çalışıldı. İnsanın “yaşam dəyərləndirməsini” təhlil edən ümumi məmnunluq ilə duyğusal məmnunluq mövzuları ilə bağlı bir araşdırma aparıldı.

Araşdırmaçılar daha çox pulun insanı daha çox xoşbəxt etməyəcəyi nəticəsinə gəldilər. Daha doğrusu, insanın illik gəliri 95 min dollardan artıqdırsa, xoşbəxtlik dərəcəsi də aşağı düşür. Emosional məmnunluq isə nisbətən daha ucuz başa gəlir. Bunun üçünsə illik gəlirin 60 min dollar olması yetərlidir. Belə ki, illik gəlir 75 min dollara qədər artdığında neqativ duyğular daha da artmağa başlayır.

Təbii ki, bunda insanın harada yaşaması da  böyük bir faktordur. 95 min dollarla Azərbaycandakı və Amerikadakı həyatımız bir-birindən çox fərqli olacaq. Belə ki, Qərbi Avropada daha çox pulun daha çox sıxıntı yaratdığı nöqtə 100 min dollar olduğu halda, bu miqdar Cənubi Amerikada 105 min dolardır. Ən yüksək gəlir doyğunluğu isə Avstraliya və Yeni Zelandiyada: 125 min dollar. Ən aşağı gəlir isə Cənubi Amerika və Qarib adaları: 40 min dollar.

Gəlir doyumluluğu təhsil səviyyəsinə görə də dəyişiklik göstərir. Səbəbi isə fərqli təhsil səviyyəsinə sahib fərdlərin fərqli xəyalları və sosial qarşılaşdırma parametrlərinə sahib olmalarıdır. Yəni pul əslində xoşbəxtliyə təsir göstərir, amma sadəcə, müəyyən bir nöqtəyə qədər. Pulun nə azı, nə də çoxu bizi xoşbəxt edir. Özümüzə uyğun şeyləri ala bilməmiz, ayın sonunu gətirə bilməmə dərdindən qurtulmamız və özümüzə vaxt ayıra bilməmiz üçün yetərli olan bir miqdarla xoşbəxt oluruq.

O zaman həmişə daha çox pul qazanmaq üçün yox, özümüzü xoşbəxt edəcək qədər pul qazanaraq xoşbəxt ola bilərik. Yəni, o məşhur məsəldə deyildiyi kimi, “pul məqsəd yox, vasitədir”.

çok para ile ilgili görsel sonucu

Adam xoşbəxtdirsə, daha çox pul qazanır

Amma bir məqam da var ki, xoşbəxt insanlar daha çox pul qazanırlar. Bəs bu durumu necə izah etməli? Banker.az saytı bununla bağlı ilginc detalları üzə çıxarıb. Birincisi və ən önəmlisi xoşbəxt insanlar optimist xarakterə sahibdirlər:

Xoşbəxt insanlar həyatın onlara oxuduğu meydanlara qarşı getməyə və risk etməyə hazırdırlar ki, bu da gəlir əldə etmək üçün onlara geniş şans yaradır. Bundan əlavə, onlar öz uğursuz qərarlarına şəxsi məğlubiyyət kimi deyil, yeni bilik və təcrübə qazanmaq imkanı kimi baxırlar.

Xoşbəxt insanlar işdən daha az uzaqlaşmağa çalışırlar: sözsüz ki, xoşbəxt olmaq əhval-ruhiyyəyə təsir edir. Həyatından məmnun olan əməkdaşlar zamanlarının çoxunu işdə keçirir və nadir hallarda bülletenə çıxırlar.

İllinois Universitetinin apardığı araşdırmaya inansaq, xoşbəxt əməkdaşlar özünü bədbəxt hesab edən insanlardan 15 gün daha az evdə keçirir və 10 il daha çox yaşayırlar.

Qərbi Sidney Universitetinin iqtisadiyyat üzrə professoru Satya Paul yazır: “Sağlamlıqla bağlı özünü pis hiss etmək təbii ki, məhsuldarlığa və insanın iş qabiliyyətinə mənfi təsir edir ki, bu da gəlir səviyyəsinin enməsinə səbəb olur”.

Xoşbəxt insanlar daha məhsuldardır: Varvik Universitetinin (Böyük Britaniya) alimləri xoşbəxtlik və məhsuldarlıq arasında əlaqənin olduğunu aşkar etdiklərini iddia edirlər. İqtisadiyyat professorları Andrey Osvald, Eugenio Proto və Daniel Sgroi təsadüfi seçmə yolu ilə təyin edilən insanlarla eksperiment həyata keçirmişlər və bu zaman belə məlum olur ki, özünü xoşbəxt hesab edən insanlar digərlərindən 12% daha çox məhsuldarlığa sahibdirlər.

Məhsuldar insan işdə müəyyən üstünlüklərə sahibdir. Rəhbər şəxs sözügedən əməkdaşın məhsuldarlığının fərqinə vardıqda onun iş mühitində inkişaf etməsi üçün şərait yaradır və əldə etdiyi əmək haqqını artırır.

Ä°lgili resim

Xoşbət insanlar daha yüksək effektivliyə sahibdirlər:  “Xoşbəxtlik yoluxucudur. O, ilk olaraq həmkarlarınız arasında yayılır və daha sonra ən əsası müştəriləriniz də buna ”yoluxur”, – deyə “Bütün afrikalılar üçün zənginlik” kitabının müəllifi və “Grandeur Touch” şirkətinin biznes strategiyaları üzrə baş konsultantı Idowu Koyenikan deyir. Bu səbəbdən də xoşbəxt əməkdaşlar müsbət nəticələrə səbəb olur və bu da son nəticədə əmək haqqının artırılmasına səbəb olur.

Xoşbəxt insanlar problemi həll edir, onu yaratmır: “İnsanların əksəriyyəti heç nədən problem yaradır, iş yerindən, müdirdən, kolleqalarından gileylənir. Xoşbəxt insanlar isə əksinə, problemlərin həllini axtarmağa meyllidirlər” – lider keyfiyyətlərinin inkişafı üzrə təlimçi Lynda Talley deyib.

Xoşbəxt insanlar özlərinə yatırım edir: LexION Capital investisiya şirkətinin yaradıcısı və CEO-su Elle Kaplan deyir: “Xoşbəxt insanlar daha çox pul qazanır, çünki onlar daim özünü təkmilləşdirir, yeni biliklər qazanır və öz gələcəklərinə yatırım edirlər. Bundan əlavə, özünə sərmayə yatırdıqda xoşbəxtlik səviyyəsi də yüksəlir. Ola bilsin, insanın özü üçün edə biləcəyi ən yaxşı şeylərdən biri də budur ”.

çok para ile ilgili görsel sonucu

İnsanlar pulu özlərinə yox, başqalarına xərcləyəndə xoşbəxt olurlar

Araşdırma nəticəsində pulla, daha doğrusu, pul xərcləməklə xoşbəxtlik arasında maraqlı bağlılıq tapılıb. Məlum olub ki, adamlar pulu özlərindən çox, başqalarına xərcləməyi xoşlayırlar. Bu barədə Britaniyanın “Elm” jurnalında çıxan məqalədə danışır. Məqalənin müəlliflərindən Elizabet Dan Kanadadakı Britaniya-Kolumbiya Universitetində psixologiya elmləri üzrə dosentdir. O və həmkarları müəyyən ediblər ki, adamlar pul xərcləməyi, pul qazanmaq qədər vacib bilirlər.

Araşdırma zamanı məlum olub ki, az pul alıb, çox pul xərcləyən adamlar daha xoşbəxt görünürlər, nəinki çox pul alıb, az xərcləyənlər. Elizabet Dan: “Eksperiment zamanı məni ən çox təəccübləndirən o oldu ki, iştirakçıları aldıqları pulun miqdarı yox, o pulu necə xərcləmələri xoşbəxt edir”.

Sosial elmlər üzrə mütəxəssislər deyirlər ki, pul özlüyündə adamı xoşbəxt etmir. 70-ci illərin sonlarında psixoloq Filip Brikmanın məşhur araşdırması da göstərib ki, lotereyada çoxlu pul udan adamlar udmayanlardan xoşbəxt olmurlar. Çünki çoxlu pul udanlar adi hadisələrdən o biri adamlar qədər zövq ala bilmirlər.

Amma son vaxtlar lotereya qalibləri ilə aparılan araşdırmalar reaksiyanın fərqli olduğunu göstərib. Uduşlu lotereya sahibləri həm daha varlı, həm də daha xoşbəxt olurlar. Elizabet Dan deyir ki, araşdırma aparanlar pul udanların pulu necə xərclədiyini görsələr, fərqi başa düşərlər:“Lotereyada pul udan pulu ətrafındakılara xərcləyirsə, məsələn, ailəsini yaxşı bir səyahətə aparırsa, ya da başqa bir şey edirsə, doğrudan da əvvəlkindən xoşbəxt ola bilər.

Bəs, niyə pulu başqasına xərcləmək adamı daha xoşbəxt edir? Dan bunu dəqiq bilmir, amma məsələni bəzi faktorlarla izah edir: “Biz hesab edirik ki, pulu başqasına xərcləməyin öz xeyri var, adam özü haqqında yaxşı fikirdə olur. Üstəlik, pul xərclədiyin adamla münasibətin yaxşılaşa bilər. Bu həm də başqalarına sizi başqa rakursda görməyə imkan verir və s”.

Elizabet Dan deyir ki, onların araşdırması təkcə lotereya qaliblərini yox, ümumiyyətlə, xoşbəxtliyin mahiyyətini başa düşməyə imkan verir.

çok para ile ilgili görsel sonucu

Qadınlar xoşbəxt olmaq üçün daha çox pul istəyir, nəinki kişilər 

Zərif cinsin nümayəndələri üçün ildə azı 100 min kifayət edirsə, kişilər 90 minlə də xoşbəxt ola biləcəklərini düşünürlər.

Yüksək təhsilli insanlarda isə bu rəqəm (115 min dollar) təhsil almayanlarla (70-80 min dollar) müqayisədə daha çoxdur.

Araşdırmaya rəhbərlik edən Endryu Cebb isə hesab edir ki, pul həqiqətən də insanı xoşbəxt edə biləcək amillərin ancaq biridir. Axı pul adətən müəyyən tələbatları ödəmək üçün lazımdır. Lakin onu artırmaq hissi hər gün daha da böyüyür. “İnsanlar özlərini daha zənginlərlə müqayisə edir, onlara paxıllıq edir və yenə narazı qalırlar. Nəticədə isə heç bir xoşbəxtlikdən söz gedə bilməz”.

Pul xarakterə elə təsir edir ki… xoşbəxt olmaq çətinləşir

BBC-nin hazırladığı materiallardan isə aydın olur ki, pul insanın xarakterinə elə təsir edir ki… bəzən heç xoşbəxt olmağa da imkan vermir. California Universitetində aparılan başqa bir araşdırmada isə “Titanikdə olsaydım, xilasetmə gəmilərinə minmək haqqı olan ilk insanlardan biri mən olmalıydım” ifadəsinə zənginlərin daha çox səs verdikləri məlum olub. Bundan başqa zənginlərdə səhvini qəbul etməmək və hər işdə yaxşı olduqlarını düşünmək meylinin daha güclü olduğu müəyyən edilib.

Başqa bir araşdırmada isə fərqli gəlir səviyyəsi olanlardan ibarət qrup üzvlərinə 10 dollar verilib və bunun nə qədərinin xeyriyyə təşkilatlarına bağışlanacağı nəzərdən keçirilib.

Gəlir səviyyəsi daha az olanların daha çox yardım etdikləri müşahidə edilib. Lakin bu insanlar bu sınağa qatılmadan əvvəl zəngin olublar. Bəlkə də onları belə davranmağa vadar edən zəngin olmaqları deyil, onlar bəlkə də bu davranışları sayəsində zəngin olublar.

çok para ile ilgili görsel sonucu

Bəs xeyriyyə təşkilatlarına edilən ianələr mövzusunda vəziyyət necə idi? Klassik araşdırma onu göstərir ki, ən kasıblar və ən varlılar orta təbəqəyə nisbətən daha çox ianə verirlər.

ABŞ-da xeyriyyə təşkilatlarına edilən orta ianə nisbəti gəlirin 2,3 faizi səviyyəsində müşahidə edilir. Gəliri 300 min ABŞ dollarını ötən 2 faizlik kəsimdə isə bu nisbət 4,4 faiz təşkil edir.

Bostonda aparılan bu araşdırma zənginlərin orta təbəqənin insanlarından nə daha çox, nə də daha az səxavətli və xeyriyyəçı olduğunu göstərir. Sadəcə, yuxarıdakı zənginlər çox güman ki imkanları çatdığı üçün daha çox ianə verə bilirlər.

 

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir