xosbextlik

Xoşbəxtliyi cəzbetmə qanunları: 10 TƏMƏL QAYDA

Baxış sayı: 871

Hamımız xoşbəxt olmaq istəyirik, lakin nədənsə gözləyirik ki, xoşbəxtlik özü ovucumuzun içinə düşəcək, bundan ötrü nəsə etmək lazım deyil. Yanılırıq. Əgər bir şeylər etmədən sadəcə otursaq, bax onda, gerçəkdən ən bədbəxt insan olmaq ehtimalımız yüksələcək. Yalnız öz üzərimizdə və öz həyatımız üzərində hər gün çalışsaq, böyük xoşbəxtlik uğurlarına nail ola bilərik.

 

1)NƏ QƏDƏR PİS OLSA DA, HEÇ ZAMAN HƏYATDAN ŞİKAYƏT ETMƏYİN

Neqativ neqativi cəzb edir, pozitiv isə neqativi itələyir. Şərait ilə barışıb və daha yaxşısına gözlənti bəsləyərək, biz yeni xoşbəxtliyin təməlini qururuq, bütün bədbinliyi isə özümüzdən uzaqlaşmağa sövq edirik. Nikbin olun.

 

2)  XOŞBƏXTLİYİ XƏYAL EDİN

Öz fikirlərimiz ilə biz gələcək və indiki zamanı formalaşdırırıq. Əgər biz öz daxilimizdə gələcək ilə bağlı müsbət nələrsə görür və ona inanırıqsa, mütləq yerinə yetəcək. Sübut olunub, arzuların gerçəkləşmək kimi xüsusiyyəti var. Ona görə arzu və xəyallarınıza diqqət edin. Fikirlər maddiləşir.

 

3) ÜNSİYYƏT QURDUĞUNUZ İNSANLAR ŞƏN OLSUN

Yoluxucu olan sadəcə xəstəlik deyil, pessimistlik və hətta uğursuzluq, yəni şansın gətirməzliyi də yoluxucu ola bilər. Sizi əhatə edən insanlara qarşı seçici olun, qoy sizi ruhlandıran və parlaq emosiyalar bəxş edən insanlar olsun ətrafınızda.

 

4) SİZƏ SEVİNC GƏTİRƏN İŞLƏR GÖRÜN

Xoşbəxt o insanlardır ki, sevdiyi işlə məşğul olur və zamanın necə keçməsindən xəbərləri olmur. Bununla onlar nəinki öz əhval-ruhiyyələrini yüksək tutur, həm də ömürlərini uzadırlar.

5) YADDA SAXLAYIN, ÇIXIŞ YOLU HƏR ZAMAN VAR

Nə qədər ki, insan sağdır, hər şeyi düzəltmək olar. Yadda saxlamaq lazım ki, çıxışsız situasiyalar mövcud deyil, əgər sağ və sağlamsınızsa. Ona görə də cəsur olun, həll yolu axtarın və ən əsası, əmin olun ki, tapacaqsınız.

 

6) SAĞLAMLIĞINIZIN QEYDİNƏ QALIN

Xoşbəxt həyatın ən təməl qaydası budur. Düzgün qidalanın, idman edin, əsəblərinizi qoruyun, təmiz hava ilə nəfəs alın və özünüzü formada saxlayın. İlk növbədə, sağlam insan xəstə insandan daha məhsuldır və daha çox iş görməyə qadirdir, ikincisi orqanizmdə problem olmayanda həyatda da problem olmur.

Qeyd: Sağlam deyilsinizsə, əldə etdiyiniz digər heç nəyin də dadı-duzu olmayacaq əmin olun.

 

7) OXUYUN, ÖYRƏNİN, İNKİŞAF EDİN

Əgər siz çox bilir və daha çox bacarırsınızsa, bu sizin önünüzdə daha böyük imkanlar açır. Öyrənməyin fərqli yollarını sınayın, bu sizin seçim şanslarınızı artıracaq.

 

8) CƏSARƏTLİ OLUN, HEÇ NƏDƏN QORXMAYIN

Qorxu insanın əl-qolunu bağlayır, xoşbəxt hiss etməyə macal vermir. Əgər qorxsanız, bir çox şeyi etməkdən çəkinəcəksiniz, edə biləcəyiniz halda etmədən, başlamadan vaz keçəcəksiniz. Yoxlayın, sınayın, yenilikdən çəkinməyin. Öz həyatınızda yeni üfüqlər açaraq, mümkünat çərçivəsindən kənara çıxacaqsınız.

9) HƏYATINIZI MARAQLI EDİN

Boz, sıradan həyat sürən insanlar, dərində özlərini xoşbəxt hiss etmir. Rutin həyat onları öldürür və və həyatın dadını itirməyə məhkum edir. Səyahət edin, muzeyləri, teatrları, yeni sərgiləri ziyarət edin, kinoya gedin. Darıxdırıcı məişət bataqlığında solmanıza izn verməyin. Hər zaman yenilik axtarın, kəşf edilməmiş yollar ilə gedin. Hər günü fərqli yaşayın, bu xoşbəxtliyə və unudulmaz emosiyalara aparan ən doğru yoldur.

 

10) HƏR ZAMAN ÖZÜNÜZ OLUN

Əsla öz individuallığınızı itirməyin. Kiməsə xoş gəlməyə, bəyənilməyə çalışmayın, bu faydasızdır. Sizə xas olanı edin. Sizin istədiyiniz kimi yaşayın. Həyat bir dəfə verilir və onu başqa biri olaraq yaşamağa, sizə nə zaman özünüz olmağa icazə veriləcəyini gözləməyə sərf etməyə dəyməz.  Həyatdan zövq alın, özünüzü, həyatınızı və ətrafdakı insanları sevin və onda sevincli və xoşbəxt biri olacaqsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir