Xoşbəxt övlad böyütmək üçün 10 MƏSLƏHƏT

Baxış sayı: 637

Xoşbəxt və ağıllı uşaq böyütməyin bir çox yolu olsa da, elmi olaraq bir neçə ipucu da işinizə yarayacaq. “Gencaile.az” Aile.lent.az-a istinadən xoşbəxt uşaq böyütmək üçün valideynlərə bir neçə elmi məsləhət təqdim edir.

Zarafatlaşmaq. Əylənin! Uşağınızla zarafat etmək sosial uğuru üçün özünü hazırlamasına yardım edir. Valideynlər zarafat edəndə, ya təqlid edəndə uşaqlara yaradıcı düşünmək və stresslə başa çıxmaq üçün zəmin yaradır.

Müsbət olun. Uşaqlarına mənfi düşüncə və duyğularla yaxınlaşan valideynlərin uşaqlarının kobud, dalaşqan olması son dərəcə normal qəbul edilməlidir. 5 yaşında ikən ortaya çıxan dalaşqan davranışlar valideynlərdə görülən davranışlarla bağlıdır. Əlinizdən gəldiyincə müsbət və mülayim olmağa çalışın.

Həssaslığı təşviq edin. Araşdırmalara görə, özünə qarşı həssaslıq çox mühüm bir həyat bacarığıdır və insanların çətinliklərə qarşı sinə gərməsinə yardım edir.  Düşüncələrin idarəsi və duyğuların sərbəst buraxılması ilə formalaşır. Valideynlər uşaq böyüdərkən qarşılaşdıqları çətinliklərə həssas yanaşmalı və uşaqlara nümunə olmalıdır.

Bir az sərbəstlik. Uşaqların evdən uçub getmək vaxtı gəldiyində onları sərbəst buraxmaq ən yaxşısıdır. Uşaqların hər hərəkətini gözləyən, hər qərarına müdaxilə edən ailələr, uşaqların narahat, özünə güvənməyən və yeni təcrübələr qarşısında qorxaq olmasını təmin edir.

Evliliyinizə əmək sərf edin. Uşaq olanda qətiyyən ərinizlə münasibətinizi ikinci plana atmayın. Bu cür evliliklər uşaqlarda yuxu pozuntusuna səbəb ola bilər. Problemli evliliklərdə həmişə bir gərginlik olur və bu, uşaqlara çox təsir edir.

Ruh sağlığına diqqət ayırın. Depressiyada olduğunuzdan şübhə edirsinizsə, həm özünüzün, həm də uşağın sağlığı üçün vaxt itirmədən müalicə alın. Depressiyalı analar uşağın üzərində mənfi təsir yaradır. Yaxşı valideyn olmanın ilk şərti psixoloji olaraq sağlam olmaqdır.

Analar, oğlan övladlarınıza yaxşı davranın. Oğlanlardakı davranış pozuntularının qarşısını almaqda analarla olan münasibətləri çox mühüm əhəmiyyətə malikdir. Uşaqlar vəhşi dünyaya addım atamdan əvvəl ana, ya atanı güvənli bir liman olaraq bilir. Oğlanların anaları ilə olan münasibətləri gələcəkdə sevgi münasibətlərində də təsirli olur. Əgər uşaq ata, ya anası ilə yaxşı münasibət qura bilməzsə, gələcəkdə əks cinsə qarşı güvənsizlik duya bilər.

Bir az ədəbsizliyə göz yumun. Yeniyetməlik dövründə uşaqların ailələrinə qarşı çıxmaları yanlışdır, ancaq bu halın səbəbi evdən kənarda yaşadığı təzyiqin inkar edilməsi olaraq göstərilir. Bir sözlə, uşağın evdə hakimiyyət qurması bayırda dostlar arasında hakimiyyət qurmaq cəhdidir.

Yeniyetməlik dövründə uşaqların özlərini test etməyə ehtiyacı vardır, ancaq ailənin də dəstəyini almalıdır.

Mükəmməlliyyətçi olmayın. Kimsə mükəmməl deyil, buna görə mükəmməl valideyn olmağa çalışmayın. Əksinə, mükəmməl olmağa çalışdıqca daha çox stressli olar və bir birinizə güvəniniz azalar. Təzyiqlərə qulaq qapayın və bir az rahatlayın.

Uşağınızı tanıyın. Hər kəs uşağını mükəmməl böyütməyin yolunu bildiyini düşünür. Ancaq bu, mümkün deyil, hər uşaq öz ailəsini ifadə edir. Uşağın şəxsiyyətinə görə davranmaq, problemlərə uyğun çarələr tapmaq üçün uşağınızı yaxşı tanımalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir