Nermine Abbasova

Xroniki bel ağrıları haqda bilmədikləriniz

Baxış sayı: 429

Xroniki (3 aydan artıq davam edən) bel ağrılarının (boyun, kürək, bel, oma) əsas səbəbləri bunlardır.

1)  4% Spesifik ağrılar (iltihab, travma, onkoloji)

2)  6% radikulopatık ağrılar (protruziya, ekstruziya)

3)  90 % qeyri spesifik ağrılar (skelet əzələ)

– Miotonik (əzələnin gərginliyi nəticəsində)

– Miofassial (əzələlərdə triqqer nüqtələrin yaranması)

– Spondiloartropatik fəqərəarası oynaqlarla əlaqəlı (iltihabi, degenerativ, fəqərəarası məsafələrin azalması nəticəsində)

– Iliosakral (oma qalşa oynaqının degenerativ, iltihabı və funksional dəyişiklikləri)

bel

Aşağıdakı hallar zamanı ətraflı müayinə lazımdır.

Təhlükə əlamətləri!

Proqressivləşən nevroloji defisit

Çanaq orqanları funksiyasinin pozulması (bağırsaq, sidik cinsiyyət orqanları funksiyasının pozulmaları) Yaşı > 50

Anamnezdə xərçəng, travmalar, Diffuz osteoporozlu və ya kompression sınıqları, Şəkərli diabet, İİÇV, Əvvəllər cərrahi müdaxilənin olması, bəzi dərmanlar, narkotiklər qəbulu

Dincələrkən və ya uzanıqlı vəziyyətdə yaxşılaşmanın olmaması

Ümumi/qeyri-spesifik simptomlar (yüksək hərarət, çəkinin azalması) Düzgün diaqnoz və müalicə üçün isə mütləq aşağıdakılara diqqət yetirməliyik.

bel

Obyektiv müayinənin tam, hərtərəfli aparılması (Nevroloji status, somatik status, anemiya, d vitamin çatışmazlığı, əzələ, oynaq, sinir fəqərələrin yoxlanılmasına yönəlmış xüsusi testlər) Yalnız instrumental müayinələrin (MRT, KT və s) əsasında diaqnozun qoyulmaması. Son 10 illiklər ərzində tibbi texnologiyalar həddən artıq inkişaf etmişdir. Bu müayinələrin rolu bir çox xəstəliklərin diaqnozunun təyin edilməsində əvəzolunmazdır. Amma araşdırmalar göstərir ki, əlavə müayinələrin nəticələri bizi aldada da bilər. Onlar kliniki əlamətləri təsdiq edərsə əhəmiyyət daşəyər. Məsələn heş bir şikayəti olmayan şəxslərin müayinəsində də onurğanin degenerativ dəyişiklikləri (əvvəlki adı ilə osteoxondroz), fəqərəarası disklərin protruziya və ekstruziyalar (yırtıq), Spinal stenoz (onurğa kanal darlığı), spondilelistez (fəqərələrin bir birinə nisbətən yerdəyişməsi sürüşməsi) olur və əksinə xroniki ağrısı olanların heç də hamısında bu dəyişikliklər aşkar edilmir.

bel

Pasientin psixoemosianal vəziyyəti, yəni affektiv (depressiya, həyəcan) və koqnitiv (bu ağrı barədə nə düşündüyü) vəziyyətinin nəzərə alınması. Xroniki ağrıların yaranmasında bu komponentin rolu 75% təşkil edə bilir. Miofassial ağrıların yaranmasında bu amil əsas rol oynayır. Ağrının xronikləşməsinə səbəb olan amillərin tam nəzərə alınması (Düzgün yuxu, əmək, istirahət rejimi, artıq çəki, onurğanin əlverişsiz vəziyyətində uzun müddıt isləmək, monitor, telefonla işləmək, hipodinamiya) Məsələn 8 saat monitor qabaşında işləyən, düzgün oturma qaydalarına riayət etmyən şəxsdə boyunda olan miofassial ağrıları müalicəsi istədiyimiz effekti verməyəcək. Müalicənin Kompleks şəkildə aparılması. (müalicəvi gimnastika, massaj, relaksasiya texnikaları, fizioterapiya, yerli inyeksiya, triqqerlərin punksiyası, psixoterapevrik tədbirlər və s.)

 

Nərminə Abbasova

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir