xurma

Xurmanın sağlamlığa hansı faydaları var?

Baxış sayı: 2. 076

Xurmanın tərkibində xeyli sayda zülallar, karbohidratlar, üzvi turşular, antioksidantlar vardır. Eləcə də kalsium, maqnezium, dəmir, fosfor, A, C  vitaminləri ilə zəngindir. Antioksidantları xüsusilə vurğulamaq lazımdır. Çünki antioksidantlar bədənə düşən toksinləri, zərərli maddələri orqanizmdən çıxarmağa kömək edir. Bu meyvə ürək-damar sistemi xəstəliklərinin müalicəsində əhəmiyyətlidir.

Tərkibində çoxlu sayda şəkər, qlükoza olduğundan ürək-damar sisteminə yaxşı təsir göstərir. Lakin şəkərli diabet xəstələrinə və piylənmədən əziyyət çəkənlərə tövsiyə olunmur.
Xurma eyni zamanda qansızlıq, vitamin azlığı, mədə-bağırsaq xəstəliklərində də yararlıdır. Davamlı yeyildikdə ishalı kəsmək, iştaha açmaq, mədə qastritinin qarşısını almaq, bağırsaq iltihabını yaxşılaşdırmaq kimi xüsusiyyətləri var. Həzm fəaliyyətini asanlaşdırır.
Tərkibindəki maqnezium böyrəklərdə daşın əmələ gəlməsinin qarşısını alır. Sidikqovucu təsirə də malikdir. Əsəb sisteminə müsbət təsir göstərir. Stress və gərginliyi azaldaraq bədənə rahatlıq verir. Xurma müxtəlif vitaminlərlə zəngin olduğundan hamilə xanımlara da faydalıdır.
Tərkibindəki A vitamini bədənin müqavimətini artırır, dəmir isə qan azlığı baxımından faydalıdır. Xurma yeməklə dəmir ehtiyacının bir qismini qarşılamaq mümkündür.

 

 

 




1 şərh “Xurmanın sağlamlığa hansı faydaları var?

  1. Huri

    Salam ddüzgün məlumatdır mənim diisertasiya mövzum bu haqdadı ona görə bunların hamısını dəqiq araştırmışam bilirəm. Cox sagolun.Secdiyiniz fotonuzu cox bəyəndim

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir