beyin

Yada düşər xatirələr – QURĞULAR YADDAŞIMIZI OXUYACAQ

Baxış sayı: 1. 439

Amerikalı alimlərin hazırladığı implant altshaymer xəstəliyindən əziyyət çəkən və beyin toxumaları zədələnmiş insanlara öz xatirələrini yadda saxlamağa kömək edəcək.

“Financial Times” nəşrinin məlumatına görə, sözügedən qurğu Cənubi Kaliforniya Universitetində “Wake Forest Baptist Medical Centre”lə birgə hazırlanıb. Qısamüddətli və uzunmüddətli yaddaş üçün məsuliyyət daşıyan beyin siqnallarını oxuyan alqoritm qurğunun əsasını təşkil edir. Siqnallar bir neçə kodlaşdırma mərhələsi keçdikdən sonra alınmış yekun elektrik təsviri ilkin təsvirdən fərqlənir. Yaradılmış sxem siqnalların şifrini açmağa və itirilmiş xatirələri bərpa etməyə imkan verir. Qurğu siçovul və meymunlar üzərində laboratoriya sınaqlarından uğurla çıxıb və indi alimlər bu qurğunu insan beynində sınaqdan keçirməyə hazırlaşırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir