Yaddaş pozğunluğunun qarşısını almağın 6 yolu

Baxış sayı: 1. 393
– Stresdən uzaq olmaq lazımdır.
Problemlərin, ağır işlərin yaratdığı  gərginlik baş və boyun ağrılarına, ürək döyüntüsünə, titrəməyə, ya da tərləməyə səbəb olur. Belə hal baş verən zaman fasilə verib, bir neçə dəqiqə nəfəs texnikaları ilə rahatlamaq lazımdır.
– Yuxu rejiminə və səhər yeməyinə diqqət edin.
Yorğunluğun bir çox səbəbi var: yuxusuzluq, qan şəkərinin aşağı səviyyədə olması, dəmir azlığı, D və B12 vitamininin çatışmazlığı. Bir yeniyetmənin günə enerji ilə başlayıb uğurlu davam etdirməsi üçün  6-8 saatlıq səmərəli yuxu kifayətdir. Mütləq vaxtında yeməyə diqqət edin.
– Bir neçə işlə eyni vaxtda məşğul olmayın.
Eyni anda birdən çox işə yönəlmək diqqətsizliyə gətirib çıxarır. İşlərinizi bir-bir həll etməyə çalışın.
– Telefondan xilas olun.
Susmayan telefon, zənglər, “Whatsapp”dan gələn xəbərdarlıq mesajları diqqət dağıtmaq üçün kifayətdir. Yaxınlarınıza iş saatlarında ancaq vacib zənglərə cavab verdiyinizi deyin.
– İçdiyiniz dərmanların da əks göstərişi ola bilər.
Depressiya, yuxusuzluq kimi ruhi problemlər üçün həkimlərin təklif etdiyi dərmanların da bir hissəsi  diqqət pozğunluğuna səbəb olur.
– İş fasilələrini dəyərləndirin.
Davamlı eyni işlər, monotonlaşan tədbirlər  bir müddət sonra diqqət dağılmasına gətirib çıxarır. Beyni rahatlatmaq üçün fasilə verin, çıxıb 10 dəqiqə gəzin



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir