yadplanetli

Yadplanetlilər haqqında iddialar – Onlar doğrudan da varmı?

Baxış sayı: 2. 012

Başqa planetlərdə yaşayış varmı? Kainatda Yerdən başqa sivilizasiya mövcuddurmu? Yadplanetlilər bizim yaşadığımız dünyaya gerçəkdən də səyahət edirlərmi? Bu suallar bəşəriyyəti 100 illər boyu narahat edib. Elm, texnologiya inkişaf etdikcə başqa planetlərin tədqiqinə cəhdlər daha da çoxalıb. Başqa planetlərdə yaşayış varmı? Kainatda Yerdən başqa sivilizasiya mövcuddurmu? Yadplanetlilər bizim yaşadığımız dünyaya gerçəkdən də səyahət edirlərmi? Bu suallar bəşəriyyəti 100 illər boyu narahat edib. Elm, texnologiya inkişaf etdikcə başqa planetlərin tədqiqinə cəhdlər daha da çoxalıb. 

UFO-lar haqqında müxtəlif filmlər çəkilsə də, sənədli araşdırmalar aparılsa da, hələ də onların kimliyi və texnologiyası haqqında dəqiq fikir deyən yoxdur.

Qısası, UFO-ların arxasında gizlənən sirlərə çatmaq, baş verənlərə aydınlıq gətirmək üçün əlimizdə kifayət qədər bilgilər varmı?

Gümüşü boşqablar, gecə qaranlığında işıq saçan kürələri görmək belə onlar haqqında qəti fikir söyləməyimizə hələ də əsas vermir.

Bəlkə də dövlət sirri kimi saxlanılan bəzi məlumatlar var? Məsələn, 1980-ci ildə İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrə gümüşü boşqabların izləməsi və onları vurub yerə endirilməsi haqqında əmr verildiyi haqqında söz-söhbət gəzdi, amma bunun sonu haqqında heç bir məlumat yoxdur.

Hər şeyə rəğmən maraq doğuran UFO-lar haqqında bir çox fərziyyə və fikirlər var ki, konkret olaraq təqdim edirik.

1. Yadplanetlilər adlandırdığımız başqa cür canlılar bəlkə də elə bizimlə eyni planeti paylaşır, ancaq onlar paralel dünyadan gəlir və orda zaman fərqlidr. Özlərini gizlətmələrinin səbəbi də bizim paralel dünyalararası keçiş texnikasını öyrənməməzi istəməmələridir.

Onların Yer kürəsinə gəlmələrinin səbəbi də dünyanın taleyindən narahat olması ilə bağlı ola bilər. Bu fikir İsaaq Asimovun “Tanrılar – altın kitablar” əsərində əsas xətt kimi götürülür.

2. İkinci bir versiya… UFO-ların və içindəki varlıqların gələcəkdəki bizlər olduğumuzdur. Yəni onlar gələcəyin zaman yolçuluğunu çözümləyən gələcəyin insanlarıdır. Eynən bizim heyvanlar üzərində apardığımız təcrübələr kimi, onlar da bizlərdən bəzilərini aparıb üzərində təcrübə aparır, sonra onları işarətləyərək nəzarətdə saxlayırlar. Tam olaraq üzə çıxmamalarının səbəbi də tarixi dəyişib ona təsir göstərmək istəməmələridir. Çünki biz onların keçmişiyik.

3. Dünya xaricindən, başqa bir ulduz sistemindən gələnlər ola bilər. Fəqət o zaman da inanılmaz bir sualla üzbəüz qalırıq. Bu da kainatda yolçuluq edə bilmənin imkansızlığıdır. Biz elə bir sınırsız kainatdayıq ki, nəzəri və praktik olaraq ən sürətli texniki vasitələrlə bir yerdən başqa bir yerə getmək mümkün deyil. Ən yaxın Veqa ulduzuna getmək bizim səkkiz ilimizi ala bilər. Ümid ancaq xəyal gücünə qalır, bu da onların işıq sürətinə malik olan texnikaya sahib olmasıdır. Bu haqda ufoloqlar daha çəsarətlidir və “niyə də olmasın?” deyə bunun mümkünlüyü üzərində dayanırlar.

4. Psixologiyanın təməl adlarından olan Yunqun düşüncəsinə görə, UFO-lar bizim olmasını istədiyimiz varlıqlardır. Yəni onlar bizim təhtəlşüurumuzun məhsuludur, yaşananlar da insanların yaratdığı düşüncə formalarıdır. Məsələn, David Aleksandr adlı franzıq səyyah 14 illik Tibet xatirələrində düşüncənin gücü ilə dönüşən rahiblərdən uzun-uzadı danışıb. Bir başqa fikirə görəsə UFO-lar insanların sosial baxışlarının və sürəkli pisə gedən dünyada sanki qurtarıcı varlıqlar kimi yaradılan düşünənin məhsullarıdır. Bura insanların qorxu və ümidləri də daxildir. Amma müəyyən vaxtlarda radarlarda görüntülənən UFO-lar bu düşüncəni o qədər də inadırıcı etmir.

5. Və nəhayət son ehtimal… Təbiət bizimlə oyun oynayır. Yəni UFO-lar atmosferin hələ öyrənə bilmədiyimiz özəlliklədir. Məsələn, zəlzələ bölgələrində işıq plazmalarının yarandığı bilinir və onlar doğurdan da müəyyən şeyləri əks etdirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir