Yadplanetlilər yerə hansı qiymətli metal üçün gəlirlər? – MARAQLI

Baxış sayı: 1. 331
Məşhur ABŞ rejissoru Devid Kameronun lentə aldığı “Avatar” filmini əksəriyyət izləyib
Süjet xətti budur ki, Yerdən gedən bir biznes şəbəkəsi başqa planetdəki bahalı mineralları ələ keçirmək istəyir. Bu məqsədlə xüsusi alimlər qrupunun hazırladığı Avatar proqramından da istifadə edirlər.
Amma siz deməyin ki, Kameronun ağlına gələn bu fikir süjetə elə-belə hopub. Yadplanetlilərin Yerə mütəmadi enməsində xoşməramlı niyyətlər olduğu kimi bəzən başqa mənfəətləri üçün də gəlir. Əvvəlcə onlar Yer üzünə vacib bir metaldan ötrü səyahət ediblər.
1957-ci ilin 18 noyabrı… 20 yaşlı bir ABŞ vətəndaşı Santiya Elton gündüz saat 3 radələrində özünü qəfildən pis hiss edərək yerə yıxılır. Huşu başında, gözü açıq vəziyyətdə gördüyü mənzərə onu dəhşətə gətirir. Televiziya fiquruna oxşayan bir varlığın ona doğru gəldiyini görür. Özünü itirən qadın fəzalının fitə oxşar səs çıxardığını, nəsə danışmasa da dodaqlarının hər zaman tərpəndiyini deyir. Fəzalının ona toxunmadığını görən qadının qorxusu itir. Hətta aralarında qısamüddətli ünsiyyət də yaranır. Həmin xanımın özü də sonralar bu üsniyyətin necə baş verdiyini, ümumiyyətlə hansı dildə danışdıqlarını xatırlaya bilmirdi. Bircə onu deyirdi ki, fəzalılar Yerdə qiymətli titan maddəsini axtarmaq üçün gəlirlər.
Bu hadisədən bir il sonra Santiya Elton ikinci dəfə fəzalılarla rastlaşır. Bu dəfə onun yanına iki yadplanetli gəlir ki, onlardan da biri ötən il gördüyü obyekt idi.
Bu dəfəki söhbəti qadın sonradan daha yaxşı xatırladı. Onun sözlərinə görə, fəzalılar çətinliklə də olsa ingilis dilində danışırdılar. İki nəfərdən yaşlı olanı ona qəribə bir təklif verib: Qadının beyni fəzalılarla Yer arasındakı rabitə yaratmaq üçün əlverişli imkanlara malik olduğundan onlar Santiya ilə işbirliyində olmaq istəyiblər. Santiyanın beyni əlaqə üçün işə yaradığından onunla əməkdaşlığın vacibliyini bildiriblər. Əsas məqsəd isə titanı axtarmaq olub. Bu hadisə 1958-ci ildə baş verib. O vaxdan bəri xeyli kosmik gəmi yer üzünə asanlıqla enə bilib.
Qeyd edək ki, Mendelyevin dövrü elementlər cədvəlinin 22-ci elementi olan titan (“Ti”-red.) kosmik avadanlıqlar, reaktiv gəmilər, mühərriklər hazırlamaq üçün ən gərəkli metal hesab edilir. Onu əsasən qayalarda, sularda, hətta bilkilərdən, eləcə də ayrı-ayrı maddələrdən almaq mümkündür. Yeganə titan ehtiyatları Yer üzərindədir. Bu göstəriciləri nəzərə alaraq yadplenetlilərin titan sevdasını anlamaq olar.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir