MASIN

Yağış vaxtı avtomobili necə sürməli?

Baxış sayı: 1. 640

Yağış və sürüşkən yol – sürücü üçün ən təhlükəli vəziyyətdir. Bu məqalədə xoşagəlməz nəticələrin qarşısını almaq üçün yağış vaxtı avtomobilin sürmə qaydalarından danışacağıq.

Yağış vaxtı avtomobili saatda 60 kilometr sürətilə sürmək lazımdır.

Bir çox təcrübəsiz sürücünün yağış vaxtı avtomobilin sürmə qaydalarından xəbəri yoxdur. Bu qaydaları öyrənmək üçün, ilkin olaraq, sürücü təhlükəsiz sürücülüyün əsas nəzəriyyəsi ilə tanış olmalıdır.

Yağışın ilk damcıları ilə dərhal avtomobilin sürətini saatda 60-70 kilometrə azaltmaq lazımdır. Bununla yanaşı, siz sükan ilə hər hansı bir kəskin hərəkət etməməlisiz. Qabarit işıqlarını yandırın və təbii ki, şüşətəmizləyənləri qoşun.

Sizdən irəli qedən avtomobilin altından su fontanı sıçrayırsa, bu halda sizin iki variantınız var: irəlidə qedən avtomobildən məsafəni artırmaq, yaxud onu keçmək. Məsələ ondan ibarətdir ki, suyun sıçraması xeyli geridə gedən sürücünün görünüşünü azaldır.

Tormozlama hamar olmalıdır. Siz tormozun pedalını axıra kimi kəskin bassanız, sadəcə olaraq avtomobil yoldan kənara çıxacaq. Mühərrik ilə də tormozlama etmək mümkündür.

Yağış vaxtı sürmə akvaplan effektini yarada bilər. Avtomobil suya daxil olduqda, avtomobilin şinləri suyu altından çıxarır. Avtomobilin sürəti yüksəkdirsə, sadəcə olaraq avtomobil bütün suyu çıxarda bilmir. Qalan su təkər və yol arasında bir növ yastığ yaradır. Bu halda, şinlərin yol ilə yapışması olmur, və avtomobil idarəolunmaz olur.

O halda ki avtomobil heç cür idarə olunmur, çaxnaşmaya düşmək lazım deyil, vacibdir ki sükan ilə heç bir kəskin hərəkət etməyəsiniz. Sadəcə olaraq ayağı qaz pedalından götürün və tormoz pedalına son dərəcə yumşaq basın. Avtomobilin istiqaməti düzələndə, ayağı tormoz pedalından götürün və qaz pedalına qoyandan sonra yolunuzu orta sürət ilə davam edin.

Yolda dərin gölməçələrin üstündən yavaş-yavaş və diqqətlə keçin. Onların altında tez-tez kanalizasiyaların quyuları və istilik kəmərləri gizlənir. Bundan əlavə, yüksək sürətlə gölməçənin üstündən keçəndə, siz avtomobilin bamperinə və ya radiatoruna ciddi zərər verə bilərsiz.

Yolun yaş sahəsini keçdikdən sonra, bir neçə dəfə yüngülcə tormoz pedalına basın. Tormoz diskləri nəm olursa, o əhəmiyyətli dərəcədə tormozlama effektini azaldır.

Bir sözlə, avtomobili yağış vaxtı həddindən artıq səliqə ilə sürmək lazımdır, ağlabatan sürətə qədər sürətin azaltmağını unutmamaq, tormoz pedalına kəskin basmamaq və sükan ilə kəskin hərəkət etməmək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir