deri

Yağlı dəri bu xəstəliklərdən xəbər verə bilər

Baxış sayı: 175

Dəri problemlərinin birbaşa qidalanma ilə əlaqəli olduğunu söyləmək olmaz. Onun quru və ya yağlı olması hormonal xəstəliklərin də əlaməti ola bilər.

Bu barədə Rusiya Milli Dietoloqlar Dərnəyinin üzvü Nataliya Kruqlova “Life.ru”ya verdiyi müsahibədə danışıb.

“Bəzən yalnız irsi amillər, bəzən də hormonal balansın pozulması səbəbindən dərinin yağlılığı artır. Bunun birbaşa pəhrizdən asılı olduğunu deyə bilmərik. Çünki bu, hər kəs üçün keçərli deyil. Elə xəstələr var ki, balanslı qidalanmaya diqqət yetirməsinə, rasiondan artıq yağlar və sadə karbohidratları çıxarmasına baxmayaraq, nəticələr dəriyə təsir etmir.

Hər halda qidalanmanı normallaşdırmaq və pəhrizdəki heyvan mənşəli yağların miqdarını azaltmaq lazımdır. Sağlam qidalanmaya diqqət yetirin, daha çox tərəvəz, göyərti, meyvə, tam taxıl çörək, tərkibində A və E vitaminləri olan qidalar qəbul etmək lazımdır, lakin şirniyyat və sadə karbohidratlar məhdud olmalıdır. Tərkibində doymuş yağlar çox olduğu üçün kolbasalardan da imtina etməyə dəyər”, – həkim açıqlamasında bildirib.

Dermatoloq Yekaterina Vertiyeva isə quru, normal və yağlı dərinin genetik olaraq miras qaldığını vurğulayıb: “Yağlı dəri də iki növə malikdir: adi yağlı, nəmsiz yağlı. Bu, tez-tez quru ilə səhv salınır, odur ki, lazımi dərəcədə baxılmır.

Yağlı dəri yüngül qulluğa ehtiyac duyur, bunlar əsasən gellər, mayelərdir. Yəni dərinin nəfəs almasına imkan verən məhsullar istifadə etməlisiniz. Yağlı dəri yağlı kremlərin tətbiq olunmasına dözmür. Qara nöqtələrin, sızanaqların yaranmasının qarşısını almaq üçün turşuların istifadəsini tələb edir.

Yağlı nəmsiz dərini quru ilə qarışdırmaq olmaz. Birincisi lipid səth qatının bərpasını, ikincisi isə nəm tələb edir”. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir