yalan

Yalançılığı müalicə edən klinika

Baxış sayı: 1. 443
İnsanlar üçün gündə orta hesabla 2 yalan danışmaq normal qəbul edilir. Amma bu rəqəmi 200-ə qədər artıranlar üçün Berlində klinika açılıb. İtalyanın “Libero” qəztinin xəbərinə görə, “Buratino” sindromundan qurtulmaq üçün “Sofie Charlotte” Xəstəxanasında açılan “Yalançılıqla mübarizə” bölümünə könüllü olaraq gələn və yalan söyləməkdən qurtulmaq istəyənlərin sayında gözlə görülən bir artım müşahidə olunur.
Amma müalicə müddəti uzandığı üçün hazırda klinika lazımi sayda xəstə qəbul edə bilmir. Bu vərdişindən qurtulmaq üçün insanlar bəzən aylar, hətta bir ilə qədər davam edən müalicələrdən keçir. Akademik adı “Psödoloji” adlanan bu xəstəliyin qurbanları yalan söyləməklə özünə zövq verəcək heyranlıqlar, əyləncələr, xoşbəxtliklər yaradacaq bir dünyanın arxasınca düşür, sonra da işi şişirdərək başqaları ilə paylaşmağa qərar verirlər. Maraqlıdır ki, klinikada gündə 100 yalan deyən insanlar xəstə kimi qəbul edilmir. Amma gündə 200 və ondan daha artıq yalan deyənlər mütləq müalicədən keçməlidir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir