masin bazari

Yanacaq qiymətinin iflic etdiyi maşın bazarı

Baxış sayı: 615

“Hazırda əhalinin böyük hissəsi avtomobil bazarının işitrakçısıdır və avtomobil alıcısıdır. Lakin bu bazarın tam inkişaf etməməsinin müxtəlif səbəbləri var ki, onlardan biri də, hökumətin zamanla bu bazara müdaxiləsi olub”.

Bu sözləri daşınmaz əmlak üzrə ekspert Ramin Osmanlı belə deyir.

ramil osmanli

Bu bazarın inkişaf etməməmsinin digər səbəblərindən də danışan ekspert bildirir ki, idxalın məhdudlaşdırılması da bu bazara təsirsiz ötüşmür: “Digər səbəblər kimi kreditləşməyə qoyulan məhdudiyəyyətlər, yanacağın qiymətinin tez-tez dəyişməsi və bu qiymətlər arasında proposiyanın pozulmasını da göstərmək olar. İki yanacaq növünün qiyməti arasında böyük fərqin olması da anormal tendensiyalardan biridir”

Ekspert bildirir ki, yerli bazarda eyni keyfiyyətlərə malik olan markalar arasında benzinlə işləyən avtomobillə müqayisədə dizellə işləyən avtomobil daha bahadır. Onun sözlərinə görə, 50 min manatlıq benzinlə işləyən avtomobilin bənzər keyfiyyət və xüsusiyyətlərə malik olan bir başqa, dizellə olan markasının qiyməti təxminən 10 min manat baha olur.

Mütəxəssis gömrük rüsumlarına yenidən baxılmasını, elektriklə işləyən avtomobillərin 50 faizədək gömrük rüsumundan azad olunmasını təklif edir.

MASIN

Avtomobil parkından söz açan ekspert deyir ki, hazırda bu parkın 70 faizini ekoloji standartlara cavab vermir, istismara yararsız avtomobillər üstünlük təşkil edir: “Son 6 ildə Azərbaycana Almaniya, Cənubi Koreya və Rusiya istehsalı olan avtomobillər daha çox gətirilir. Lakin bu avtomobillər əsasən 2006-2007-ci il istehsalı olanlardır. bundan başqa, qeyd eidm ki, son illərdə elektiriklə işləyən avotmobillərin ölkəyə gətirilməsində artım müşahidə olunmasa da, hibridlə işləyən avtomobillərin isə ölkəyə gətiriməsində müəyyən artım olub”.

R.Osmanlının sözlərinə görə, son illərdə ölkədə “Toyota”, “KİA”, Hunday”-a kəskin maraq artdı.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir