İsmayıl Əhməd

Yaradılışın sirri – İsmayıl Əhməd yazır

Baxış sayı: 1. 505

(III  hissə)

İblis  və  Adəm

Adəmə səcdə  əmri

(şəkil  üstü  yazı) Quranın bir  neçə  ayəsində  İblisin Adəmə  səcdə  əmri almasına rəğmən  bundan imtina etdiyi  göstərilir. Həmin  ayələrdən birində (sonradan  şeytanlaşan) İblisin  Adəmə  səcdə  etməməsinin  səbəbi  onun  öz  dilində  açıqlanır.“(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi” (Əraf, 12).

Məni  Sən  azdırdın

İblis öz məntiqinə görə yaradılış ünsürü  odu torpaqdan (yəni  özünə  görə  daha  dəyərsiz ünsürdən)  xeyirli  və  dəyərli  hesab edərək  səcdə etməməkdə  özünə  haqq  verir.  Bir  haldaki, həm  o,Allahın  iradəsi  ilə  oddan, həm  də  Adəm  Allahın iradəsi ilə palçıqdan yaradılmışdı. Bu isə o deməkdir  ki,  İblis  Allahın  səcdə  əmrinə  etiraz  etməzdən  əvvəl  onun  iradəsinə qarşıda çıxır.  Quran bu  ayələrlə insan oğluna  sahib  fitri  (yəni  özünün əldə  etmədiyi, yaradılışdan onunla  olan)  xüsusiyyətlərlə  öyünməməli   olduğunu  tərbiyə  edir.  Yəni  kim  əldə  etmədiyi  xüsusiyyətlərlə  öyünürsə  bilsinki, iblisləşməyə  doğru  yönəlir. Bununla yanaşı, Qurandan  İblisin Allaha  müraciət   edərək  “məni sən azdırdın”  etiraz  xarakterli  müraciəti ilə qaşrılaşırıq. Allahla  İblis arasında buna  oxşar  dialoqlara  Quranın  başqa  ayələrində  də  rast  gəlmək  olur. Onlardan  biri  də Hicr  surəsinin  39-cu  ayəsidir: “(İblis) dedi: “Ey Rəbbim!Məni azdırmağına (rəhmətindənkənaretməyinə) əvəzolaraq and içirəmki, məndə (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!”.  Və  bu  ayəni  təklikdə  götürüb  “bu  şeytanın  əvvəlcədən  Allah  tərəfindən müəyyən olunmuş alın  yazısı,  yəni  Allahın  onu  azdırma aqibəti  var  idi ”-deyə  bilmərik.  Çünki  əgər  şeytanın  qədərində  belə  bir  acınacaqlı  aqibət  olsaydı  Allah-Taala  ondan  “Nə  üçün  sənə  əmr  etdiyimə  səcdə  etmədin?” sualını  verərdimi?!  Və  buradan  yola  çıxaraq  bunu  Cənnətdən (yer  üzündəki səfalı yerdən) çıxarılan  Adəmin  aqibəti  barədə  də  demək olar.  Bir  haldaki, əgər  onun  Cənnətdən çıxarılması  əvvəlcədən  İlahi  qəza  və  qədərdə  yer alsaydı, bu  halda  nə  üçün  tövbə  etməli idi. Yəni Adəm  barədə  “bütün bunlar  onun  üçün  proqram  halına  salınmış  və o da  bir  növ  öz  rolunu  oynayırdıı” deyə  bilmərik.  Bu  isə o  deməkdir  ki,  bütün  bu  hərəkətlər  istər  İblis  olsun, istərsədə  Adəmin  şəxsi  seçimləri  idi.   Lakin  bu  məsələləri   başa  düşmək üçün bu ayələrin arasını dolduran başqa ayələri nəzərdən  keçirmək  lazımdır.

Şeytanın günah payı

Əgər Adəm üçün bütün bunlar əvvəlcədən ssenari olaraq hazırlanmışdısa, nə üçün o, “mən özümə zülm  etdim”, “əgər məni bağışlamasan” kimi ifadələrdən istifadə edir? Əgər hər şey əvvəlcədən proqram kimi qurulsaydı, sorğu-sual zamanı həm Adəm, həm də İblis Allaha “Sən  bizim üçün bunları qərar verdin, biz də etməli  olduğumuzu etdik” – deyib özlərinə bəraət qazandırmağa çalışardılar. Bir daha  Qurana nəzər salaq: “(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu”. Ayənin  sonunda  qeyd  olunduğu  kimi İblis  özü  öz  ixtiyarı  ilə  bu  yolu  seçir  ki, “imtina  etdi”  və  “kafirlərdən  oldu”  ifadəsi buna açıq-aşkar dəlildir. Yəni  İblis öz iradəsi ilə təkəbbürlük üzündən bu mövqedən çıxış  edir və küfr yolunu da özü öz  ixtiyarı ilə seçir. Başqa sözlə desək, Allah onu Öz rəhmət dərgahından  durduğu  yerdə  qovmur.  Bunu  Əraf  surəsində  eyni mövzu işıqlandırıldıqda da görürük. Və buradan belə bir sual da yaranırr: Biz  insanların etdiyimiz günahlarda Şeytanın da payı varmı? Yoxsa bu da bizim  fitrətimizdən irəli gəlir? Quran İbrahim surəsinin 22-ci ayəsində bu sualı məhşər  gününün sorğu-sualını işıqlandırarkən belə cavablandırır: “İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək: “Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!”. Ayənin mətnindən məlum olur ki, heç də  bütün günahların müəllifi şeytan deyil, bəlkə bir çox hallarda həm də şeytanlaşan  insanların özləridir. Bununla yanaşı, Zuxruf surəsinin 36-cı ayəsini də nəzərdən  keçirməliyik: “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı ürcah edərik və onun (Şeytanın) yaxın dostu olar”. Buradan da belə məlum olur ki, Şeytanın insana ürcah olması yalnız insanın Allahın zikrindən boyun qaçırdıqdan sonra başlanır. Yəni insanın Allahdan uzaqlaşmasının ən başlıca səbəbkarı Şeytan  yox, onun özüdür. Şeytan isə özünü ona ürcah edənlərin üzərində çalışır  və  onları  istədiyi kimi ram edə bilir. Məryəm surəsinin 83-cü ayəsində də buyurulur: “(Ya Rəsulum!) Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?”. Buradan belə məlum olur ki, Şeytan  insanlara küfrə (günaha) aludə olduqdan sonra hakim olur. Əlbəttə, bu heç də  Şeytanın insanı azdırmağa meyilli olmadığı anlamına gəlmir. Qeyd olunan ayələr  sadəcə Şeytanın insanın  özünü  ona  meyl etməsindən  sonra  hakim olacağından xəbər verir. Əraf surəsinin 16-17-ci ayələrində bu həqiqətə işarə olunaraq  buyurulur: “(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”. Buna bənzər başqa bir ayələrin davamında isə Allah-Taala İblisə cavab olaraq buyurur: “Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!” (Hicr, 42). Sad surəsinin 83-cü ayəsində isə bu etirafı  İblisin öz dilindən eşidirik: “Yalnız Sənin sadiq bəndələrindən başqa!”. Bu  ayələrdən də belə məlum olur ki, Allah insanın fitrətində Şeytanın fitnəsindən  qorunması  üçün iman adlı sığortalayıcı güc qərar  vermişdir. Onun  Şeytanın  təsiri  altına düşməməsi isə yalnız özünü sığortalayacq gücdən xaric edib nəfsinə və  şeytana uymasındadır. Bəs elə isə nə üçün hər şeyə qadir olan Allah buna icazə  verir?! Nə üçün İblisə “otur oturduğun yerdə, mənim bəndələrimlə işin olmasın” əmrini vermir? Belə olduğu təqdirdə həyatın bir anlamı və məhşərin sorğu-sualına  ehtiyac olmayacağı önə çıxır. Çünki insan azad, iradə və ixtiyar sahibi olan bir varlıqdır. Həm günaha, həm də savaba sahib olduğu azadlıqla öz  iradə və  ixtiyarı  ilə istiqamətlənir. Və buradan başqa bir sual da yaranır: Demək Şeytan insanı  azdırmağa vəzifələndi? Yəni əgər Allahın izni və iradəsi olmasaydı Şeytan necə  güclü varlıq olsaydı yenə də insana qarşı hər hansı bir mənfi təsir göstərə  bilməzdi. Əgər belədirsə, demək bu imkanı ona Allah vermişdir. Və əgər Allah  vermişsə, onda nə üçün Şeytan bu qədər qınanmalıdır? Axı necə olsa o ona  tapşırılanı ixtiyarında olan imkanlarla yerinə yetirmiş olur. Quran ayələrinə nəzər  saldıqda belə bir iddianı dəstəkləyəcək hər hansı bir ifadə  və  fikirlə  qaşrılaşmırıq. Bəlkə bunun tam əksini  görürük. Belə ki, Allah  bütün  rolları hazır  qoymuş, lakin  onları kimsənin ixtiyarına qoymamışdır. Səni “sən İblis olub insanları yoldan  azdıracaqsan!” və ya “sən də Adəm olub günahlarına görə tövbə edəcəksən” – deyə  kimsəyə vəzifə verməmişdir. Bu seçim  onların hər birinin öz ixtiyarına qoyulur. Və bu seçim olmadan nə sınaq və  imtahanın bir anlamı olar, nə də onların cavabı  olan mükafat və cəzanın. Sad  surəsinin 85-ci  ayəsində bu mətləbə işarə olunaraq  buyurulur: “And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!”. Bu mövzu üzərində dayanılmalı olan başqa bir məsələ ilk baxışda  İblisin Allaha qarşı çıxması və ona qarşı müxalif  mövqedə durması olur. Və diqqəti çəkən başqa bir məqam Şeytanın Adəm  övladını günaha sövq etməsi olur. Qeyd etmək lazımdır ki, müxalifət  mövzusunu  insanların bir-birlərilə müxalifəti kimi başa düşməməliyik. Çünki Allah bənzəri olmayan bir varlıqdır. Necə deyərlər, “Zehninizə nə gəlirsə, Allah O deyil”. Bunun  üçün də müxalifət, hətta yaxınlıq məsələsini insanların bir-birlərinə olan  müxalifət  və yaxınlığı kimi qəbul etməməliyik. Belə ki, həm müxalifət, həm də yaxınlar  təsir və əks-təsirdən yaranır ki, Allah da kimsənin təsiri altına düşməyən mütləq  varlıqdır. İblisə gəlincə, bunu  adi yanaşmadan başqa bir şey başa düşməməliyik.

peygamberler

Adəm  və  Həvva

Adəmlə əlaqəli olan mövzularda yer alan başqa bir məqam Həvvanın varlığıdır. İblislə Allah arasında gedən bu dialoqlar zamanı Həvva var idi? Yoxsa mənşəyi  məlum olmayan bir çox rəvayətlərdə qeyd olunduğu kimi sonradan Adəmin sol qabırğasından yaradıldı? Adəm fərd olaraq deyil, növ olaraq qəbul edildikdə məsələyə aydınlıq gəlir. Yəni insan toplusu olmuş və onlardan biri də Həvva  olmuşdur. Adəmlə Həvva da Quranda nümunə olaraq yer almışdır. Quranla  yanaşı  digər səmavi kitablarda da Həvva Adəmlə yanaşı onun itaətsizliyə səbəb olması  kimi təqdim edilir.

Qadağan edilmiş meyvə

Yəhudilik və xristianlıqda Adəmlə Həvvaya qadağan edilən ağac yaxşılıq və pisliyin fərqinə varma simvolu kimi təqdim olunur. İslamda isə həmin ağacın  növünə əsla işarə edilmir. Hərçənd bəzi rəvayətlərdə onun alma, əncir  (hətta dənli  bitkilərdən olan) buğda da olduğu  göstərilir. Bir halda ki, onun  necəliyi  və  hansı  növə aid olması əsla önəmli deyil. Qadağan edilən meyvə Adəm övladının  düşünən beyninin süzgəci idi. İslam dini yəhudilik və xristianlıqdan fərqli olaraq  bu məsələyə tam  fərqli  yanaşır. Yəni  İslama görə Adəmi yoldan çıxaran heç də  Həvva deyil, bəlkə onların hər ikisinə vəsvəsə edən Şeytanın özüdür. Quranda keçən “vəsvəsə  ləhuma”) (o, iki nəfərə vəsvəsə  etdi) və (və əzəlləhuma) “və o, iki nəfəri yoldan azdırdı” ifadələri buna açıq-aşkar sübutdur.

 

Ardı var…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir