urek

Yaşamağınız üçün yalnız 9 saniyə vaxtınız var – Köməksiz vəziyyətdə nə etməli? – VİDEO

Baxış sayı: 1. 805

Ürək tutmaları zamanı həyatınızı xilas etməkdən ötəri sizin yalnız 9 saniyə vaxtınız var. Bu zaman təxirə salmadan nə işlər görmək lazımdır? Bu çox vacib bir informasiyadır və bunu hamı bilməlidir.

Ətrafınızda heç kim olmadığı zaman əgər sizdə ürək tutması baş verərsə, başqasının köməyi olmadan nə etmək lazım olduğunu bilirsinizmi? Medicina.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, bu zaman insanın yalnız 9 saniyə vaxtı olur.

Bir çox insanlar yol qəzaları zamanı faciəyə düçar olmuş insanlara kömək etmək məqsədi ilə xüsusi kurslar keçirlər. Amma çox güman ki, siz başqasının köməyi olmadan özünüzü xilas etməyin yolları barədə heç düşünməmisiniz.

Elə təsəvvür edin ki, bu zaman ən yaxın xəstəxana sizin olduğunuz yerdən bir neçə saatlıq məsafədə yerləşir və sizin ətrafınızda heç kim yoxdur, siz nə edərdiniz

Özünüz haqqında da düşünün və həyatınızın hər anını qiymətləndirin

Budur, əksər insanlarda baş verən ürək tutmalarının əsas əlamətlər:

– Sinədə dözülməz ağrı (əsasən bədənin sol tərəfinə: qola, kürəyə və boyuna vuran ağrı. Bu zaman ağrılar aramsız və basılma, kəsici, dözülməz və yandırıcı xarakter alır).

– Təngənəfəslik və nəfəsalmanın çətinləşməsi (əzginlik və zəifləmə əlamətləri, ürək döyüntülərinin tezləşməsi, ola bilsin ki, tərləmə).

– Mədə yanması

Bu hallar baş verdiyi halda sizin ağlınızın başınızdan çıxmasına qədər yalnız 10 saniyə vaxtınız var. Bu zaman vaxt sözsüz ki, qızıla bərabərdir

Bu zaman necə hərəkət etməli:

  1. Panikaya düşməyin.

Biz bilirik ki, bu çox çətindir, amma sakitliyinizi qorumaq çox vacibdir. Asta-asta və arasını kəsmədən öskürməyə başlayın.

  1. Hər öskürmə arasında dərindən nəfəs alın.

Yadda saxlayın, dərindən və arası kəsilmədən öskürmək lazımdır. Öskürmək diafraqmanın hərəkətini nizamlayır.

  1. Nəfəs almaq və öskürmək hər iki saniyədən bir təkrarlanmalı və fasiləsiz olmalıdır.

Bu hərəkətləri həkimdən kömək alana və ya ürəyiniz sakitləşənə qədər davam edin. Dərindən nəfəs almaq ağ ciyərlərin oksigenlə təmin edilməsinə yardım edir.

Öskürmək ürəyi yığılmağa məcbur edir ki, bu da qan dövranının pozulmasının qarşısını alır. Ürəyə belə təzyiq göstərmək ürək döyüntülərinin bərpa edilməsi və stabilləşməsi üçün əhəmiyyətlidir. Bu məsləhətlərə əməl etmək sizin yaşama şansınızı çox artırır. Əgər siz cavan olsanız belə, hətta yaşınız 30-dan aşağıdırsa, bu informasiyalara dırnaqarası baxmayın. Belə ki, heç kim ürək tutmalarından sığortalanmayıb.

Təəssüf ki, müasir cəmiyyətdə stresslər və pis qidalanma ürək tutmalarını istənilən yaş dövründə adi hala çevirib.

Bu çox vacib informasiyadır. Bu məlumatı dostlarınız və yaxınlarınız arasında yayın ki, onların həyatlarının xilas olmasına yardımçı olasınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir