qida

Yaşlanmağı sürətləndirən 5 qida

Baxış sayı: 1. 321

Trans yağlar

Bu yağlar orqanizmə ziyanlı yağlardır. Trans yağlar qızardılmış kartofda, popkornda, pirojnalarda, çipsidə, krakerlərdə, peçenyelərdə, marqarin və tortlarda daha çoxdur. Trans yağlar birbaşa ürək xəstəliklərinə və piylənməyə səbəb olur.

Şəkər və meyvə siropları

Süni dadlandırıcı olan siroplar şəkəri əvəz edərək alınan qənnadı məmulatlarında, qazlı içkilərdə və konservaların tərkibində vardır. Meyvəli siroplar (süni dadlandırıcı) qidanı daha dadlı edir və saxlama müddətini uzadır. Bu qidalar ürək çatışmamazlığı və dişlərdə kariyesin yaranmasına səbəb olur. Şəkər qəbul etmək üçün menudan meyvəni əskik etməyin.

Duz

Emal olunmuş duz olduqca ziyanlı qidalardandır. Duz qəbul etmək yaşlanmağı tezləşdirir.

Ət məhsulları

Kolbasa, hisə verilmiş qidalar və. s orqanizmi yaşlandıran qidalar sırasındadır. Ət əvəzinə gündəlik menyuda balığa daha çox üstünlük verməyə çalışın.

Spirt

Spirt qəbul etmək orqanizmə bir çox mənfi sağlamlıq problemləri ilə yanaşı dəriyə də öz təsirini göstərir. Üzdə gözaltı qara kölgələrin, qırışların yaranmasına səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir