zeytun

Yaşlı insanlarZEYTUN yesə… – SAYMAQLA BİTMƏZ

Baxış sayı: 465

Zeytunun tərkibindəki vitaminlər kompleksi sinir sisteminə müsbət təsir edir, gərginliyi aradan qaldırır, həmçinin gümrahlıq verir.

“Gencaile.az” saytı Azərbaycan Qida Təhlükəsizlik İnstitutuna istinadən xəbər verir ki, zeytun istehlakı yaşlı insanların sümük toxumasını möhkəmləndirir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir.

Zeytunun tərkibindəki doymamış yağ turşuları həzm prosesini ləngidir. Belə ki, yeməkdən əvvəl zeytun istehlak etməklə iştahınızı azalda bilərsiniz.

Zeytun bitkisinin meyvələrinin tərkibi 6 % zülal, 9 % lif, 23 % su, 56 % yağ, şəkər, karotin, A, B, C, E vitaminləri, kalium, kalsium və qlükozidlərlə zəngindir. Meyvələrin tərkibində olan C və E vitaminləri antioksidant sayılır. Həmçinin yarpaqlarından alınmış dəmləmə və spirtli duru ekstrakt ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə oluna bilər.

Zeytun alarkən əsasən nələrə fikir vermək lazımdır ?

Zeytunun meyvələrinin istehlak dəyəri onun irəliliyindən, lətli hissəsinin tumuna nisbətən asılıdır. Meyvə nə qədər lətli olarsa, bir o qədər qiymətlidir. Ona görə də alarkən kiçik çəyirdəkli zeytunlara üstünlük verilməlidir, çünki bu tip məhsullar təbii yetişdirilmiş sayılır. Keyfiyyətli zeytun təravətli və təzə olmalıdır, rəngi solmuş, büzüşmüş məhsulu almaqdan çəkinməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir